Türkiyə Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməyib

Türkiyə Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməyibTürkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməsi ilə bağlı xəbərləri təkzib edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman" imzaladığı iddiaları tamamilə əsassızdır. İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər