Türkiyə universitetlərində təhsil üçün unikal imkanlar

Türkiyə universitetlərində təhsil üçün unikal imkanlarTürkiyənin beynəlxalq ali təhsil üzrə təqaüd brendi olan Türkiye Bursları beynəlxalq tələbə mobilliyindəki mövqeyini ildən-ilə daha da möhkəmləndirir. 2025-ci ildə 171 ölkədən daxil olan 125.668 müraciət, Türkiyənin beynəlxalq tələbə mobilliyində tutduğu yeri göstərən mühüm göstəricidir.

Bu barədə Türkiye Bursları Proqramı üzrə yayılan məlumatda qeyd edilib.

Bildirilib ki, yüksək beynəlxalq səviyyəli təhsil, zəngin bilik və təcrübə imkanları təqdim etməklə yanaşı, Türkiye Bursları dünyanın dörd bir yanından olan beynəlxalq tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təqaüdlü təhsil imkanı yaradır. Universitet və ixtisas üzrə yerləşdirmə, aylıq təqaüd, universitet haqqı, tibbi sığorta, yataqxana və yaşayış, ödənişsiz peşə və akademik proqramlar, həmçinin gediş-dönüş aviabileti imkanları ilə dünyanın ən əhatəli təqaüd proqramı kimi önə çıxır.

Qeyd edilib ki, Türkiye Bursları üzrə növbəti müraciət müddəti 10 yanvar – 20 fevral 2026-ci tarixini əhatə edir.

O da vurğulanıb ki, 2026-cı il üzrə Türkiye Bursları müraciətləri tək dövrdə qəbul ediləcək və 10 yanvar – 20 fevral 2026 tarixləri arasında bütün ölkələrdən olan tələbələr üçün açıq olacaq.

Bəs, Türkiye Bursları-nı unikal edən nədir?
Məlumatda bu suala da cavab verilib. Qeyd edilib ki, Türkiye Bursları universitet və ixtisas üzrə yerləşdirmə, aylıq təqaüd, universitet haqqı, tibbi sığorta, yataqxana və yaşayış, ödənişsiz peşə və akademik proqramlar, eləcə də gediş-dönüş aviabileti imkanları ilə dünyanın ən genişmiqyaslı təqaüd proqramı kimi fərqlənir.

Proqramlar və təhsil səviyyələrinə gəlincə, müraciətlər ön lisans, bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlər üçün açıqdır. Araşdırma Təqaüdləri, Uğur Təqaüdləri və KATİP kimi digər proqramlar isə fərqli müraciət dövrlərinə malikdir. Bu proqramlarla bağlı ətraflı məlumatlar “Türkiye Bursları”nın rəsmi saytında və sosial media kanallarında elan olunur.

Beləliklə, Azərbaycandan olan gənclər Türkiye Bursları-na müraciət etmək istəyirlərsə o zaman turkiyeburslari.gov.tr ünvanını daxil olub, müvafiq tələbləri yerinə yetirməlidirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər