Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş

Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.

Bildirilir ki, İlham Qəriblinin meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun ilin soyuq aylarında su hövzələrində üzməyi sevdiyi bildirilib və Nohur gölündə üzərkən boğularaq öldüyü ehtimal edilir.

Hadisənin konkret səbəbi hələlik məlum deyil. İ.Qəriblinin itkin düşməsi xəbəri yayıldıqdan sonra gölün kənarından onun şəxsi əşyaları tapılmışdı.

Qeyd edək ki, İ.Qəriblinin nəşi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən yanvarın 24-də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər