Prezidentliyə namizəd Fazil Mustafanın seçicilərlə ilk görüş - toplantısı baş tutdu - FOTOLAR
Fevralın 7-də keçiriləcək prezident seçkilərində iştirak edəcək prezidentliyə namizədlərin Seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Avrasiya.net xəbər verir ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Böyük Quruluş Partiyasından Prezidentliyə namizəd Fazil Mustafanın seçicilərlə ilk görüş - toplantısı baş tutdu. Seçicilərlə görüş Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 2 ünvanında yerləşən "Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin akt zalında keçirildi.
İzdihamlı keçən görüşdə Prezidentliyə namizəd Fazil Mustafa Sabunçu qəsəbəsində yaşayan seçicilərə göstərdikləri fəallıqlarına görə təşəkkür etdi. Yüksək əhval-ruhiyyə ilə keçirilən görüşdə F.Mustafa seçici məmnuniyyətinin fəaliyyəti dövründə həmişə onun üçün prioritet olduğunu qeyd edərək, budəfəki seçki platformasında da ənənəsinə sadiq qalacağını bildirdi. Sabunçu qəsəbəsində yaşayan seçicilərlə görüşdə prezidentıiyə namizəd Fazil Mustafanı vəkil Oqtay Qasımov müşayiət edib.