"Şimali Kiprə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır"

"Şimali Kiprə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır""Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır".

Avrasiya.net xəbər verir ki, bunu ŞKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda keçirilən mətbuat konfransında deyib.

Müşavir bildirib ki, 44 günlük Vətən müharibəsindəki böyük qələbədən sonra Azərbaycan xalqının sevincini qəlblərində hiss ediblər:

"Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir".

“Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur" -, S. Aktunç vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər