Sizin Reklam Burada

İranın bu terrorunu soydaşlarımız bağışlamayacaq

İranın bu terrorunu soydaşlarımız bağışlamayacaqTehrandakı səfirliyimizə qarşı törədilmiş silahlı basqını şiddətlə qınayıram. Bu terror dövləti tərəfindən Azərbaycana qarşı namərdcə həyata keçirilən terror aktıdır!

Avrasiya.net xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Tehrandakı Azərbaycan səfirliyinə qarşı edilən hücumu pisləyərkən qeyd edib.

O, törədilmiş terror aktının o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanət olduğunu bildirib:

“Xain hücum nəticəsində vətəndaşımız baş leytenant Orxan Əsgərov şəhid olub. Allah şəhidimizə rəhmət eləsin! Ailəsinə və yaxınlarına Allahdan səbir diləyirəm! Bu törədilmiş terror aktı o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanətdir. Güneydəki soydaşlarımız bu namərdliyi bağışlamamalıdır. Qədim zamanlardan elçi, diplomat toxunulmaz sayılıb. Səfirliyə hücum bu ənənənin pozulması və bütün sivil dünyanın qəbul etdiyi dəyərləri ayaqlar altına atmaqdır. Terrorçu cəzalandırılmalı və İranın ali rəhbərliyi dərhal Azərbaycan dövlətindən üzr istəməli, baş vermiş terror hadisəsi ilə bağlı ciddi araşdırmalara başlamalıdır. Əks təqdirdə bizim ordakı soydaşlarımız bunu cavabsız qoymaz və qoymamalıdır", - o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər