Siyəzəndə “Gələcək gənclərindir!” adlı yaradıcılıq sərgisi təşkil olunub
Fevralın 1-də Gənclər Mərkəzində 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gələcək gənclərindir!” adlı yaradıcılıq sərgisi təşkil olunub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan sərgidə yaradıcı və istedalı gənclərin əl işləri nümayiş olunub. Sərginin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev ilk növbədə tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Çıxışlar zamanı həmçinin gənclərə dövlət qayğısı haqqında ətraflı danışılıb. Daha sonra tədbir iştirakçıları tərəfindən sərgiyə baxış keçirilib.
Yaradıcılıq sərgisi gənclərin sənətkarlıq və incəsənətə marağının artıırılması, müxtəlif istiqamətli sənət növlərinin gənclər arasında təbliği, istedadlı gənclərin yaradıclıq qabiliyyətlərinin inkişaf etdirilməsinə şəraitin yaradılması, həmçinin əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyıb.
Sərgidə rəsm əsərləri, bədii tikmə, toxuma və hörmə nümunələri, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar, müxtəlif maketlər və s. müxtəlif texnikalar istifadə etməklə yaradılmış sənət nümunələri nümayiş etdirilib.
Sonda əl işləri sərgidə nümayiş olunan gənc istedadlar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#gəncəm
#SiyəzənGİİ
#GİN
Son xəbərlər