Sizin Reklam Burada

Azərbaycanda Rektorlar Konfransının yaradılmasının tədqiqat mərhələsi başa çatıb

Azərbaycanda Rektorlar Konfransının yaradılmasının tədqiqat mərhələsi başa çatıbAzərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq bu istiqamətdə aparılan tədqiqat işlərinə yekun vurulub. Əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyətə həsr tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, BAAU-nun prorektoru, professor Gülzar İbrahimova, Azərbaycanın 18 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq bizness universitetler birliyinin məsul nümayəndələri tədbirdə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetlər arasında təcübələrin bölüşülməsi, birgə müzakirələrin aparılması və ümumilikdə ali təhsilin inkişafı baxımından layihənin əhəmiyyətindən danışdı. Yekunda rektor layihənin koordinatoru olan Bakı Biznes Universitetinə və layihə müəlliflərinə təşəkkür edərək tədbirin gedişinə uğurlar arzuladı.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli sözügedən layihənin Universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğuladı.

Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək Erasmus+ çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşdü. P.Bağırov həmçinin Erasmus proqramının növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri barəsində də məlumat verdi.
Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verdi. Eyni zamanda E.Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqimat nümayiş etdirdi.
Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirdi. İ.Juknytė-Petreikienė nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyətini iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayrmova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında məlumat verdilər, yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında fikirlərini bölüşdülər

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər