Sizin Reklam Burada

Nargindən xilas olunan türk əsgərlərin nadir görüntüləri AzTV-də - 100 il sonra İLK DƏFƏ

Nargindən xilas olunan türk əsgərlərin nadir görüntüləri AzTV-də - 100 il sonra İLK DƏFƏSarıqamışda əsir götürülərək Böyük Zirə (Nargin) adasına gətirilən, daha sonra xilas olunan türk əsgərlərin nadir arxiv görüntüləri AzTV-də nümayiş olunacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüntülər 1919-cu ildə Bakıda təşkil olunan paradda lentə alınıb.

Belə ki, 1918-ci ilin sentyabr ayının 15-də Bakıya daxil olan Qafqaz İslam Ordusu Nargində saxlanılan əsirləri xilas edir. Lakin azadlığa qovuşan əsgərlər Anadoluya qayıtmır, onlar Qafqaz İslam Ordusunun tərkibində vuruşmağa başlayır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümü münasibətilə may ayının 28-də Bakıda böyük hərbi parad keçirilir. Sözügedən əsgərlər həmin paradda iştirak edir.

Görüntülər rejissor Esfir Şub tərəfindən lentə alınıb və Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə hazırlanmış “Təntənə” adlı qısametrajlı sənədli filmdə istifadə olunub. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə qeyd edilməsini əks etdirir.

Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsinin komandası nadir arxiv kadrları əldə etmək üçün Avropanın Sənədli Filmlər Studiyasına müraciət edib. Əldə olunan lent yazısı 102 il sonra ilk dəfə geniş ictimaiyyətə “Tarixin izi ilə. Böyük Zirə - Nargin adasında yaşananlar” sənədli filmində efirə gedəcək.

Veriliş Bakının erməni-daşnak, bolşevik qüvvələrindən azad olunmasının ildönümündə - sentyabrın 15-i saat 18:30-da AzTV-də yayımlanacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər