Sizin Reklam Burada

Qarabağda media platformasının yaradılması təklif olundu

Qarabağda media platformasının yaradılması təklif olunduQarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanda səfərdə olan “Al Jazeera” Media İnstitutunun və Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüşüb.

Fonddan Avrasiya.net-ə verilən məlumata görə, Rəhman Hacıyev qonaqlara Qarabağ Dirçəliş Fondunun yaranması, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

Medianın dirçəlişin bir hissəsi olduğunu ifadə edən “Al Jazeera” Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray sosial medianın hazırkı təsir qüvvəsindən danışaraq, media sahəsində silsilə seminarların keçirilməsi, qarşılıqlı məlumat mübadiləsinin aparılması, Qarabağ həqiqətlərinin, hekayələrinin işıqlandırılması məsələlərində dəstək verməyə hazır olduqlarını bildirib.

Media İnstitutunun nümayəndələri Qarabağda rəqəmsal media platformasının yaradılması, “Al Jazeera” ilə əməkdaşlıq, xüsusilə Qarabağa qayıdacaq gənclərin iştirakçılığını təmin edə biləcək bir neçə maraqlı layihə təklifləri ilə çıxış edib.

Sonda tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə razılıq əldə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər