Sizin Reklam Burada

50 nəfər Teleradio Akademiyasında yeni ixtisas öyrəndi

50 nəfər Teleradio Akademiyasında yeni ixtisas öyrəndiBu gün Teleradio Akademiyasında növbəti, üçüncü tədris ilinin məzunlarının buraxılışı olub.

Avrasiya.net xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, üçüncü tədris ilində Akademiyaya 65 dinləyici qəbul olunub, 50-si sertifikatla təltif edilib.

Dinləyicilər müvafiq olaraq aparıcı-müxbir, redaktor, radio redaktoru və aparıcısı, rejissor, montajçı, operator sahəsi üzrə təhsil alıblar.

QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev məzunların buraxılış mərasimində iştirak ediblər. Dinləyicilərə sertifikatlar təqdim olunub.

Buraxılış mərasimində Azərbaycan Televiziyasının qocaman əməkdaşları iştirak edib. Onlar arasında Xalq artisti Ofelya Sənani, tanınmış aparıcı Nərgiz Cəlilova da var.

Məlumat üçün bildirək ki, məzunlara QSC-də təcrübə keçmək imkanı yaradılıb.

Xatırladaq ki, Teleradio Akademiyasının ilk tədris ili ilə bağlı müsabiqə 2019-cu ildə elan edilib.

İlk iki tədris ilində iştirak edən dinləyicilərdən 29-u QSC-də işlə təmin olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər