Sizin Reklam Burada

Qorxmaz Hüseynovun yaxın kadrı həbs olundu

Qorxmaz Hüseynovun yaxın kadrı həbs olundu“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri Elman Məmmədov və onun cinayət ortağı - qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Qeyd edilir ki, Elman Məmmədov 2012-ci ilin sonlarından “Azərsu” ASC nəzdində yaradılan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəhbərliyinə təyinat alıb. Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi olub. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, Elman Məmmədov ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan olub.

"Azersu"nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər