Sizin Reklam Burada

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunda da nöqsanlar TAPDI

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunda da nöqsanlar TAPDIHesablama Palatasının 2020-ci il üzrə İş Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə (Şöbə) 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrası üzrə uyğunluq auditi aparılıb.

Avrasiya.net xəbər verir ki, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən ailə tərkibinin və ailənin yaşayış yerinin, ailə üzvünün işə girməsi və ya işdən çıxması nəticəsində ailənin gəlirlərinin dəyişməsi faktlarının vaxtında aşkar edilməməsi nəticəsində auditlə əhatə olunan dövrdə 286 halda ünvanlı dövlət sosial yardımı üzrə ödəniş davam etdirilərək, ümumilikdə 214,7 min manat məbləğində sosial yardım ödənilib. Həmçinin, sosial yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayanmasına səbəb ola biləcək məlumatların vətəndaşlar tərəfindən təqdim edilməməsi səbəbindən bağlanılmış 234 sosial yardım işi üzrə vətəndaşların müvafiq bank hesablarında audit olunan dövrün əvvəlinə cəmi 24,4 min manat məbləğində vəsait qalıb.

Bununla yanaşı, Müavinət Alt Sisteminin digər müvafiq alt sistemlərə lazımi səviyyədə inteqrasiya olunmaması nəticəsində sosial müavinətin ödənişinin dayandırılması üçün mövcud olan əsaslar, o cümlədən, vətəndaşların vəfat etməsi, əmək pensiyası hüquqlarının olması və ya işləməsi vaxtında aşkar edilməyib. Əmək pensiyası hüququ olan, eləcə də sosial müavinət almaq hüququ olmayan vətəndaşlara 96 sosial müavinət işi üzrə cəmi 96,9 min manat vəsait ödənilib. Həmin vəsaitdən müxtəlif səbəblərdən 80 iş üzrə 84,1 min manat vəsait müvafiq bank hesablarında qalıb. Auditlə əhatə olunan dövrdə düzgün olmayaraq ümumilikdə 246 pensiya işi üzrə 276,1 min manat məbləğində vəsaitin ödənilməsi həyata keçirilib. Həmin vəsaitdən müxtəlif səbəblərdən pensiya hesablarında 137,5 min manat vəsait qalmış, habelə məcburi dövlət sosial sığorta haqları hesabına 3248,82 manat artıq müavinət ödənilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən əsassız və artıq ödəmələr üzrə 116,5 min manat vəsait dövlət büdcəsinə, 276,6 min manat vəsait isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə olmaqla, ümumilikdə 393,1 min manat vəsait bərpa edilmiş və ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 286 iş üzrə ödəniş dayandırılıb. Eyni zamanda Hesablama Palatasının müvafiq qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 259 sosial yardım işi üzrə ödənilmiş ümumilikdə 214,7 min manat, sosial müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 5404,36 manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 2749,82 manat vəsaitin müvafiq büdcələrə bərpa olunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tapşırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər