Sizin Reklam Burada

YENİ “ARXKOMUN” KÖHNƏ “QURDLARININ” HAKİMİYYƏTİ

YENİ  “ARXKOMUN”   KÖHNƏ  “QURDLARININ” HAKİMİYYƏTİ Diqqətli oxucu mənim bir neçə mediya yazımdan əhvalatı – problemi bilir. Bilməyənlər üçün qısaca nəql edim ki, Nizami rayon İcra hakimiyyəti mənim yaşadığım köhnə 5 mərtəbəli binaya bitişik restoran tikintisinə icazə verib. Əsas göstərilən binanın 2 otaqlı mənzilinin qeyri-yaşayış obyektinə çevrilməsi olsa da restoran müstəqil böyük bir tikilidir. Digər tərəfdən ölkə qanunvericiliyi yaşayış binasındakı mənzilin restoran məqsədilə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə vermir. Bundan başqa Qanun maddələri hər bir halda binada yaşayan qonşuların razılığının alınmasını əsaslandırsa da heç kəsdən, o cümlədən məndən razılıq alınmayıb. Nizami rayon İH sakinlərə adi təmir icazəsi vermədiyi halda maşınlarla daşın tökülüb restoran tikilməsinə sözsüz olaraq rüşvətlə və ya qorxub çəkindikləri üçün icazə vermişdir. İcra hakimiyyətinin əvvəl müavini, indi başçıəvəzi hələ küçəni də bu restorana açıq fəaliyyət üçün verib.

Bütövlükdə bu restoranın bir çox tərəfdən qanunsuzluq faktorlarını nəzərə alan Azərbaycan Dövlər Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 10 dekabr 2020-ci il tarixində Akt tərtib edib və Nizami rayon İcra Hakimiyyətinin “topdağıtmaz cinayət dağı” Qərib Məmmədova və FHN-nin Agentlik rəisi Cəbrayıl Xanlarova AKTla birlikdə qanunsuz tikilinin sökülməsi üçün 7 iş günü vaxt verdiklərini bildirən məktub göndərib. Amma bu Akt da, Məktub da , əsas 7 iş gününə sökülməsi tapşırığı pakazuxadılr- gözdən pərdə asmaq kimi bir jestdir. Çünki FHN heç bizə belə Akt, məktub gəlməyib deyir, Nizami rayon İH biz Dövlər Şəhərsalma və Arxitektura Komitəsinin Dövlər Şəhərsalma və Arxitektura Komitəsini tanımırıq, biz Baksovetlə işləyirik, deyir.

Fakt da budur ki, məktubun bu səlahiyyət sahiblərinə göndərildiyi 17 dekabr 2020-ci il tarixindən artıq 3 ay keçir. Restoran yerində, hətta İH – ti onun üstündə tir-tir əsir. Mən bu mövzuya bir az sonra yenidən qayıdacağam.

Keçirəm əvvəlki yazılarımda qaldırdığım ikinci məsələyə. Beləki, mənim mənzil, mülkiyyət hüquqlarımı pozan, yaradıcı fəaliyyətimə ciddi surətdə mane olan yaşadığım binaya bitişik tikilmiş bu restoranın həyatı təhlükəsindən qurtulmaq üçün mən Nizami rayon Bələdiyyəsinin 2012-ci il 29 dekabr Qərarı ilə istifadəmdə olan dəmir qarajı daşla hörüb ora yığışmaq istəyirəm. Çox adam utanar bu qərarını dilə gətirməkdən. Amma mən utanmıram. Çünki tarixi az-çox bilirəm, dünya klassiklərinnin məşəqqətli həyat şablonları hər svilizasiyanı izləyir. Çəllək olsun, hüzur olsun! Gedəcəyim son ünvan hətta bu qarajın ölçüsündən 3 dəfə kiçik olacaq. Beləcə, mən 2-ci blokunda yaşadığm köhnə binanın 1-ci blokunda qanunsuz tikilmiş restoranın real təhlükəsindən 6 metrəlik qaraja köçüb yaşamağı üstün tuturam. Kimsə ürəyindən keçirər alimin, həm də xeyli tanınmış alimin qaraja sığınması ölkə üçün ayıbdı. Avropadan dostlar eşidər.. Bu yıb deyil, ayıb bir binanın başında elə bu cür nəhəng qanunsuz tikiliyə icazə verənlərin həmin binanın “ayağında” 6 metrəlik dəmir qarajı daşla tikməyə rüşvət verməyib, deyə icazə verməməsidir. Şüur və vicdan gərəkdir ayıbı müəyyən etmək üçün. Bu belə. Dəmir qarajın daşla tikilməsində qalmışdım...

Beləcə, Nizami rayonunun başçıəvəzi - Qərib Məmmədov uzun yazışmalardan sonra mənim bu haqlı tələbimlə bağlı 22 oktyabr 2020-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Dövlər Şəhərsalma və Arxitektura Komitəsinə və onun nəzdindəki Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktub ünvanladı.

Bu məktub hörmətli cənab Anar Quliyevin rəhbəri olduğu Qurumda yerli-dibli itdi! Mən məcbur olub dəfələrlə MƏKTUB yazdım, hələ bu məsələni geniş şəkildə mediyada işıqlandırdım və faktdır ki, 15 iş günü ərzində verilməli cavab mənə 2 ay sonra – yəni 23 dekabrda gəldi. Düşünülməsin ki, poçtla göndərilib, bəlkə yollarda itib. Xeyir! Bu cavab mənə ondəfələrlə təkidli tələbimdən sonra elektron qaydada gəlib.

Dövlət qurumundan müəmmalı surətdə yoxa çıxan, 2 ay sonra tapıldıqda və elektron qaydada ünvanıma göndərildikdə üzərində 25 noyabr tarixi yazılan bu məktubda dəmir qarajın tikintisinə icazə verilməsi üçün AR Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanın 3.2.1 maddəsi ilə nəzərdə tutulan sənədlər - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsinin surəti və şəxsiyyətini təsdiq edən sənədin surəti, - bir-bir sadalanmaqla istənildi. Mən də dərhal, 24 dekabr, 2020-ci il tarixdə istənilmiş həmin sənədləri göndərdim.

Diqqət edin, 22 dekabrda aldığım məktuba 24 dekabrda cavab göndərdiyim və düşündüyüm halda ki, natamamlıq aradan qaldırıldı, 15 iş gününü gözləyirəm ki, nəhayət tikintiyə icazə veriləcək, hörmətli Anar Quliyevin rəhbərlik etdiyi Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma baş İdarəsindən mötəbər Nigar Bədəlovadan məlumat alıram ki, mənim məsələmə baxmaqdan imtina barədə qərar veriblər. Əsas kimi də şifahi surətdə dəfələrlə müraciət etməyimə görə imtina edildiyi bildirlir mənə. Guya cavab veriblər. Bu meydan bu şeytan. 22 oktyabrda rayon İH-nin məktubu olub, 23 oktyabrda mənim. Nəinki cavab vermək, yerli-dibli itib. İkincisi, birdən zəng etməyəydim, imtina olunduğunu hardan biləcəkdim?.. Qeyd edim ki, aydın olan budur ki, 100-lə mənim kimi rüşvət verməmiş vətəndaşın başına bu və bu kimi oyunlar açılır.Yuxarı təşkilatlar da qanunsuzluq və eyni zamanda Allahsızlıq edərək susurlar!

Azərbaycan hüquqi dövlətdir, - Şirin sözdür! Bu dövlətin çox ciddi əhəmiyyətli Qanunları var,-çox gözəl səslənir! Vətəndaşların Müraciətlərinə baxılması Qanunumuz var... Hələ 460 saylı Fərman, Azərbaycan Tikinti və Şəhərsalma Məcəlləsini və o cümlədən xüsusilə bu rəsmi aktların Müraciətlərə baxılması ilə əlaqədar maddələri, bəndləri var. Onlarda ərizəçi çox müraciət etdiyi üçün işə baxılmasından imtina edilməsi müddəası Yoxdur! Əksinə eyni məzmunlu həmin 2 Qanunun müvafiq maddələrində yazılıb ki : “Tikintiyə icazə verən orqan 2 (iki) iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrini ərizəçiyə izah edir”.

Qısası mən “imtina” barədə məlumatı aldıqdan sonra dövlət müəssisəsində “necəsə” itmiş, yoxa çıxmış məktun axtarılması üçün yaz ki, yaz yazmışdım, indi də qanunsuz imtinanın bərpasına görə təkrar-təkrar yazdım, zəng etdim. 02.02.2021 – ci il tarixdə həmin sənədləri bir daha göndərib Süründürməçiliyə son qoyulmasını və problemimin həll edilməsini xahiş etdim.

Üstəlik, Mediya vasitəsi ilə AR Baş Prokuroruna ünvanladığım şikayət məktubunu əvvəl linkdə, sonra Ərizə formasında Komitəyə göndətmişəm. 17.02.2021-ci il tarixdə mənə Azərbaycan Dövlər Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəis vəzifəsini icra edən cənab Rüfət Mahmud tərəfindən yenə AR Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanın 3.2.1-ci yarım bəndində nəzərdə tutulan sənədlərin istənildiyi məktub gəlib.

Mən 18.02.2021-ci il tarixdə təkrarən (artıq 4-cü dəfə) cənab Anar Quliyevin rəhbərlik etdiyi “Arxkom”-un tələb etdiyi 460 saylı Fərmana müvafiq sənədləri – təkrar edirəm, İcarə və ya İstifadə Hüququnu Təsdiq Edən Sənədin, Layihənin, Şəxsiyyət vəsiqəsimin surətini Komitəyə və onun nəzdindəki Rüfət Mahmud rezdensiyasına göndərmişəm.

Vicdanlı insanlar, ləyaqətli məmurlar anlayar məni. Bu süründürməçilikdi, ya yox?! Bu rüşvət vermədiyinə görə vətəndaşla birlikdə qanunların taptalanmasıdır ya yox?! Ancaq baxın, 460 saylı Fərman “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqındadır. BUDUR sadələşdirmə?! Məntiqlə birinci, gör bu sahədə necə süründürməçiliklər, qanunsuzluqlar mövcuud olub ki, dövlət vətəndaşların incidilməsinin, rüşvətin qarşısının alınması üçün proseslərin sadələşdirilməsi qərarını qəbul edib. Qurumu yeniləyib. Yeni kadr təyin edib... Amma farslar demiş, “çi fayda”?! Qanunu icra edənlər köhnə “qurdlar”. Beyinləri rüşvətlə zəhərlənmiş məmurlar. Qurd dedim, fikiriniz meşələrin məğrur, mərd canavarlarına – qurdlara getməsin. Bu mən deyən qurdlar bakteriyalar mahiyyətindədirlər. Ölmüş orqanizmlərdə də olurlar.

Mövzudan çox uzaq düşməyim. Komitənin Baş İdarəsindən mənə gələn 17.02.2021 tarixli məktubda AR Torpaq Məcəlləsinin 66-cı maddəsi ilə bağlı sadəcə, xatırlatma mənasında bir cümlə vardır. Oxudum bu maddəni Daşınmaz Əmlakın reystrı haqqındadır. Təəccübləndim ciddi Dövlət Qurumunda çalışan, yüksək maaş alan bir məmurun bu qədər savadsızlığına. Yəni o, dəmir qarajın daşınmaz əmlak olmadığını bilmir?! Böyük ehtimalla imtina etmək üçün bilməyib nə əsas yazsın və vətəndaşı kütbeyn hesab edərək bunu yazıb. Elə buna görə də 18 fevral kimi çox soyuq bir gündə mən ayaqları avtomobil qəzasında əzilib-kəsilib 2-ci qrup əlil olmuş yaşlı adam durub üz tutdum Əmlak Məsələləri Məkanı adlanan bir Xidmətə. Asan yerdə deyil. Çətinliklə gedib çıxdım. Məlumat stolundaca mənə Dəmir qaraja texpasport verilmir, reystri mümkün deyil, deyib gözləmə nömrəsi vermədilər. İzah, irad, əsəb gərginliyi, nəhayət pəncərələrə yaxınlaşmaq üçün nömrə verdilər. Xeyli gözlədikdən sonra qəbulunda olduğum pəncərədəki xanım müraciətin məzmununu bilən kimi, dəmir qarajımn bizə aidiyyəti yoxdu deyib, ərizəmi qəbul etmədi, Rəislərinin qəbuluna gedib, ərizəni qəbul etməli olduqlarını bildirdim, Çox mədəni, məsuliyyətli bir rəis mənə onsuz da rədd cavabı gələcək,- desə də sağ olsun tapşırdı, ərizəmi qəbul etdilər. Heç 10 gün keçməmiş həmin Dövlət Xidmətin bir İdarəsindən ünvanıma qaraja baxış üçün gəldilər. Onlar da eynilə, rədd cavabı gələcək deyib, qarajı ölçüb-biçib getdilər və 11.-03.2021 –ci il tarixdə mənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakrn Dövlət Reyestri Xidmətinin Namiq Məmmədov ad-soyadlı Rəis müavinin imzası ilə qanun maddələri ilə geniş izah olunmaqla “Dəmir qaraj Daşınmaz əmlak olmadığı üçün reystr qeydiyyatına alınmır” məzmununda məktub gəldi.

Bəli, çox doğru cavabdır. Bəs bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məmurları bilmirlər?!

Elə həmin axşam, 11.03.2021-ci il tarixində mənə cənab Rüfət Mahmudun imzası ilə gələn məktubda YENƏ də təkrar olaraq AR Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanında nəzərdə tutulan sənədlərlərdəki müddəalar xatırladılır və habelə, tikintiyə icazə üçün dəmir qarajın Daşınmaz Əmlakrn Dövlət Reyestri Xidmətində qeydiyyatan keçib rəsmiləşdirilməsi irəli sürürdü.

Buyurun, mən də AR Prezidentinin internet səyifəsində sənədlər bölməsindən diqqətinizə 460 nömrəli Fərmanın (https://president.az/articles/31438. saat 23.00) 3.2 Müraciətə aşağıdakı sənədlər əlavə edilir maddəsinin 3.2.1.;3.2.2. və 3.2.3-ci yarım bəndində nəzərdə tutulan sənədlərin adlarını təqdim edirəm.
3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

Diqqət edin hörmətli sədri Anar Quliyev, AR Prezidentinin bu Fərmanında 3.2.1.yarım bəndində açıq yazılıb ki, tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti.
Mən də İstifadə Hüququnu təsdiq edən sənədin – Bələdiyyə Qərarının surəti təqdim etmişəm.
3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə);
Mən də Dəmir Qərajın Layihəsinin surəti təqdim etmişəm.
3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti.

Mən fiziki şəxs olduğum üçün Şəxsiyyət vəsiqəmin surəti təqdim etmişəm. Hüquqi şəxs deyiləm ki, dövlət reyestrindən çıxarışın surətini təqdim edim. Eyni zamanda Qanun tələb olunmayan sənədlərin istənilməsini birmənalı surətdə qadağan edir.

Hörmətli Anar Quliyev, beləcə 11.03.2021-ci il tarixli məktubunuzda icrsçı əməkdaşlarınız ya savadsızlıqla, ya saxtskarlıqla dövlət reyestrindən çıxarışın surətinin tələb olunduğunu yazıb qanuni icazədən imtina ediblər.

Deməli, mən Sizə dəmir Qarajın daşla tikilməsi üçün vətəndaşı olduğum Dövlətin Qanunla təsdiq olunmuş tələb olunan sənədlərini tam şəkildə təqdim etmişəm. Sizin məmurlar isə rüşvət əldə etmədikləri üçün məni 7 aydır süründürür, qanundan kənar sənədlər istəyirlər və nəhayətdə də icazə verilməsindən imtina edirlər. Siz mənim ərizələrimdən xəbərdar olmaya da bilərsiz.Bu ölkəmizdə ümumi bəladır. Bəlkə Siz və ya müavinləriniz maraqlansaz sadə xalq nümayəndələri olan ərizəçilərin müraciətləri ilə bu vəziyyət yaranmaz.

Ehtimallar sübut olmasa da həqiqətin üzə çıxması üçün ciddi əsaslardır. Yəni Siz yoxlamalısız niyə mənim məsələm Qanunla 10 gün müddətinə həll olunmadığı halda 7 aya həll olunmur?! Bəlkə doğrudan da rüşvətə görədir. Bəlkə doğrudan da əməkdaşlarınız sustem yaradıblar.Süründürməklə istədiklərinə nail olurlar.Hardan bilirsiz, bəlkə mənim kimi süründürülənlərin 90 faizi bezib, verir rüşvət?! Siz əgər vətəndaşın, xalqın problemini bu ya digər şəkildə qanunları taptalayaraq həll etməyən əməkdaşlarınızı cəzalandırsaz xalq içərisində də, rəhbərlik etdiyiniz Qurumda da, Allahın yanında da hörmətli olarsız. Bəs məsələn, Siz 2 ay itmiş sənədə görə kimisə cəzalandıra bildinizmi? Bəs itən məktub tapıldıqdan sonra müəmmalı şəkildə icazə verilməsi məsələsinə baxılmasından İMTİNA edildiyinə görə o əməkdaşınıza “gözünüz üstə qaşınız var” deyildimi? Axı ümumiyyətlə, qızıl kimi qiymətli bu Fərmanda ərizəyə baxmaqdan imtina heç nəzərdə tutmayıb.

Sonra 460 saylı Fərmanın 3.4 maddəsi mənə icazə verilməsini bir daha əsaslandırır. Çünki Nizami Rayon İH –nin başçıəvəzi Qərib Məmmədov mənim dəmir qarajımı daşla tikməyimə razılıqla Sizdən tikintiyə icazə verilməsini xahiş etdiyinin rəsmi sübutu olan 22.10.2020-ci il tarixli rəsmi MƏKTUB ünvanlayıb.
Niyə əməkdaşlarınız bu rəsmi MƏKTUBU əvvəl 2 ay itirir, tapılandan sonra işə baxılmasından imtina edir?! Bu Fərman, bu məktub olduğu halda imtinadan söz gedə bilməz! Qanun bunu tələb edir! Bu ayrı məsələ ki, saymırsız Qanunu və Prezidenti! Belə çıxır ki, Prezident özü üçün edir “xəbərdarlıqları”...

Yenə bu qiymətli Fərmanda göstərilir ki, “ Komitə bu müddət ərzində (10 gün) rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur”.

Deməli, 7 ay ərzində mənim tikintimə icazəni QANUN vermişdir. Niyə bəs mənə bu barədə yenə Qanun maddələrinin tələb etdiyi kimi məlumat verilmir?! Bəlkə müştəri axtarılır, vaxt udulur?!

İkincisi, Nizami Rayon İH –nin başçıəvəzi Qərib Məmmədovun mənim dəmir qarajımı daşla tikməyimə razılığını Sizdən tikintiyə icazə verilməsini xahiş etdiyinin rəsmi sübutu 22.10.2020-ci il tarixli MƏKTUBUNDAN başqa onun məni 08.10.2020-ci il tarixində İH-nin məmuru V. Sadıqov vasitəsi ilə Qəbuluna çağırması, həmin qəbul zamanı mənə bu tikintiyə razılıq verdiyini, buna görə də aidiyyəti üzrə Sizə məktub göndərəcəyini bildirdiyi faktları da təsdiqləyir. Qərib Məmmədov həmin razılıq məktubunun surətini İH-nin məmuru V. Sadıqov bir digər həmkarı ilə evimə də göndərmişdi. Mən rəsmi olsun deyə, poçtla göndərmələrini istədim. 3 gün sonra poçtla evimə gəldi.

Göründüyü kimi Qanundan, sübutdan qaçmalı yer yoxdur. Qanun mənə tikintimi aparmağa əsas verir . Sizlər süründürməçiliklə Qanuna, onun sahibi prezidentə hörmətsizlik edir, bir tərəfdən də ilahi ədalətə hayqırırsız.

Bir daha diqqətinizə çatdırıram, mənə göndərdiyiniz 11.03 .2021-ci il tarixli məktubdakı icazəyə imtina əsasları qanunla və dəlillə ziddiyyət təşkil edir. Buyun tanış olun: “Qeyd olunan ünvanda yerləşən yüngül konstruksiyadan quraşdırılmış qarajın yenidən qurulmasına (daşdan) icazə verilməsi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018 -ci il 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na əsasən torpaq sahəsi sifarişçini nmülkiyyətində, icarəsində və ya istifadəsində olmalıdır.

Təsdiq edən sənədi Bələdiyyə Qərrını göndərmişəm. Bu sənəddə dəmir qarajın istifadəmdə olduğu yazılıb.Hətta xeyli əvvəldən istifadəmdə olduğu qeyd olunub. İstifadəmdə olmasaydı İH Sizə heç məktub göndərə bilərdi?! Əgər dövlətimizin 460 saylı Fərman və eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin konkret olaraq 75.3.75.3.1.75.3.2.75.2.3. bəndlərində tələb olunan Sənəd siyahisində istifadədə olan məfhumunu təsdiqləyirsə, Bələdiyyə Qərarında da açıq yazılıb ki, dəmir qaraj mənim istifadəmdədir və İH icazə verməyiniz üçün Sizə Məktub ünvanlayırsa bu obyekt mənim istifadəmdə deyil, kimin istifadəsindədir?!

Rüfət Mahmud ağanın 11.03 .2021-ci il tarixli tikintiyə icazə verilməsindən imtina məktubunda imzaladığı “Buna görə də torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Torpaq Məcəllədinin 66-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatına alınmalıdır və həmin reystrdən çıxarışla rəsmiləşdirilməlidir”, - arqumenti də qanunsuzdur. Elementar məntiq, -Torpaq sahəsi üzərində daşınmaz mülkiyyət yoxdursa, NƏ daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatına alınmalıdır?! NƏ həmin reystrdən çıxarışla rəsmiləşdirilməlidir?!

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakrn Dövlət Reyestri Xidmətinin Rəis müavini Namiq Məmmədovun cavabını diqqətinizə çatdırıram:“Bildiririk ki, "Daşınmaz əmlakrn dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-d maddsinə əsasən... müraciətinizdə adı çəkilən dəmir qaraj təyinatına tənasübsüz zərər vurulmadan yerinin dayişdirilməsi mümkün olduğu üçün daşınmaz amlak hesab edilmir”.

Digər bir məsələ, hörmətli Anar Quliyev mənə ünvanlamış 11.03.2021-ci il tarixli məktubda Bələdiyyə Qərarında dəmir qarajların müvəqqəti olması barədə qeyd vardır. İstifadədə olan mülkiyyətlər üçün belə yazılır. Bu qeyd tikkintisinə icazə istənilməsini və icazə verilməsini məhdudlaşdırmır. Bələdiyyə Qərarında maşını içməli Su ilə yumağın da qadağan olunduğu barədə qeyd var... Qarajımın lap yaxınlığında daşla hörülmüş nəhəng qarajla (bir az əvvəl dəmir qaraj idi) paralel də qanunsuz moykada yaz-qız içməli su ilə maşınlar və s. yuyulur. Əslində sovetdən qalma qeydlərdir onlar.

Bundan başqa mənim Dəmir qarajım 4 binanın arasında, sağdan 48-ci bina ilə soldan 12 mərtəbəli bina ilə 2 metr aralıqda və görkəmsiz bir yerdədir. Xüsusilə də 48-ci binanın 1,2-ci mərtəbəsindəki mənzillərin pəncərəsi birbaşa qarajın olduğu yerə açılır və 20 ildir ki, mənim istifadəmdədir bu vaxta qədər Ordan hər hansı bir ictimai məqsəd üçün istifadə edilməsi məsələsi olmayıb. Olmalı olsa o yaşadığım binaya bitişik tikilmiş qanunsuz restoran sökdürülər – daha böyük və gözəl yerdə faydalı bir iş görülər.

Hörmətli cənab Anar Quliyev Sizin diqqətinizə mənə ünvanlamış 11.03.2021-ci il tarixli məktubda kod səhvləri çatdırmaq istəyirəm. Fərman üçün 460 saylı əvəzinə 46 nömrəli yazıblar. 460 saylı Fərmanın məzmunu hara, 46 saylı Fərmanın məzmunu hara? “0” say olmasa da onunla ehtiyatlı olmaq gərəkir. Eynən keyfiyyətli vəzifələrdə 0-a bərabər işçilərin olması kimi.

Qanunları bayraq edənlərin, qanunsuz restoranı sökmək qərarlarından “nəyə görəsə” qorxub geri çəkilənlərin, mənim qanuni icazəmi qanunları taptalayıb verməyənlərin belə nöqsanlarına texniki səhv, deyib, keçməyin. Hüquqi cəhətdən rəsmi məktublarda belə səhvlər həmin sənədin qəbulundan imtinaya əsas verir.

Beləliklə, hörmətli Anar Quliyev arzu edirəm ki, bu haqlı şikayəti diqqətlə oxuyasız. Bu şikayət mənim çox qiymətli 2 günümü aldı. Kaş biləydiz necə mühüm, dövlətçiliyimizə faydası olacaq işdən ayırdı məni. Ona görə vicdan səsinizlə oxuyun bu haqlı şikayəti və baxın görün əməkdaşlarınız necə savadsız və saxtakardırlar. Baxın görün rəhbərlik etdiyiniz yeni ARXKOMUN arxaik “qurdları” qanunlara, prezident xəbırdarlıqlarına necə saymamazlıq edirlər...

Son sözüm isə budur, bu dünyanın ən əlçatmaq “nemətlərinə” malikkən mənim qul haqqımı yetər bunca yediniz.

Xatirə Quliyeva
Azərbaycan vətəndaşı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər