Sizin Reklam Burada

Mehman Hüseynovun saxlanılması səbəbi açıqlanıb

Mehman Hüseynovun saxlanılması səbəbi açıqlanıbDaxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

Avrasiya.net xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında M.Hüseynovun icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanıldığını bildirib.

“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.

Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər