Sizin Reklam Burada

Ayşən Fəxrəddinqızı İctimai Birlikdə yüksək vəzifəyə təyin olundu

Ayşən Fəxrəddinqızı İctimai Birlikdə yüksək vəzifəyə təyin olundu“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda təşkilatın gördüyü işlər və qarşıdakı planlar müzakirə olunub. Eyni zamanda İctimai Birliyin sədri Ceyhun Ələkbərovun əmrinə əsasən A.Fəxrəddinqızı sədrin birinci müavini təyin olunub. Qeyd edək ki, A.Hüseynova uzun illərdir ki, ictimai proseslərdə yaxından iştirak edir. O, hazırda 30 mindən artıq üzvü olan İMAN səhifəsinin rəhbəridir. Bu müddət ərzində bir sıra layihələrdə yaxından iştirak edən A.Hüseynova Milli Qəhrəman Tofiq Hüseynovun ailə üzvüdür.

Onu da nəzərinizə çatdıraq ki, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycanın ictimai həyatında öz dəsti xətti olan Birlikdir. İctimai Birlik həm ölkə daxilində həm də ölkəmizdən kənarda bir sıra layihələrə imza atıb. “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi “Xocalıya ədalət” kampaniyasına dəstək verən ictimai təşkilatdır. Təşkilat Belçika, Almaniya, Polşa və digər bir sıra Avropa ölkələrində kampaniya çərçivəsində əhəmiyyətli tədbirlər təşkil edib, kitablar nəşr etdirib. Eyni zamanda, Almaniya, İsveç kimi ölkələrin parlamentlərində görüşlər keçirilib, dinləmələr təşkil olunub. Təşkilatın beynəlxalq tədbirləri sırasına Macarıstanın paytaxtı Budapeşt şəhərində “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfransı da əlavə etmək olar. Konfransda “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və macar tarixçisi Borbala Obruzanskinin həmmüəllifləri olduğu “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının təqdimatı keçirilib.

Onu da bildirək ki, 2004-cü ildən fəaliyyət göstərən Birliyin sədri Ceyhun Ələkbərovdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər