Sizin Reklam Burada

Bəlkə elə Ağdam şəhərini bütünlükdə qoruq edək?

Bəlkə elə Ağdam şəhərini bütünlükdə qoruq edək?Vüqar Tofiqli

Dünyanın ən xoş təkəbbürlü şəhəri bu gün azadlıqdadır. Ali Baş komandanın qətiyyəti ilə artıq Ağdam şəhəri də erməni işğalçılarından təmizləndi. Çox sevincliyəm. Hər bir Ağdamlının, Qarabağlının, Azərbaycanlının üzü gülür, sevinclidir. Otuz illik müharibə siyasi müstəviyə keçməklə başa çatmaq üzrədir.

Qarabağın gözü, siyasi və mədəni mərkəzi sayılan Şuşa şəhəri hərb yoluyla ermənilərdən təmizləndi. Ağdam şəhəri isə ilk olaraq məğlubiyyət aktına əsasən Azərbaycana təhvil verildi.

Bəli, bu gün hər birimiz qızıl hərflərlə yazılan bu tarixin şahidiyik. Ancaq gəlin etiraf edək ki, hələ görüləsi işlərimiz daha çoxdur.

Qısa şəkildə olsa da, məhz görüləsi işlərlə bağlı bir məqama xüsusilə toxunmaq istərdim.

Bu gün Ağdamın görüntülərinə baxdım. Bundan əvvəl isə Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilan şəhərinin görüntülərinə baxmışdım.

Ermənilərin bu xislətinin bildiyimdən mənə “çöçin” gəlmədi. Açığı o vaxt təəccüb edərdim ki, sadaladığım şəhərlərdən nə isə bir bina, bir ev salamat qalmış olsun. Nə isə...

Bəs biz bundan sonra nə etməliyik, hansı addımları atmalıyıq.

İstər 44 günlük müharibə, istərsə də ondan sonra baş verən proseslər ondan xəbər verir ki, hər bir addım ölçülü-biçili şəkildə atılır. Və artıq bu şəhər və qəsəbələrin, kəndlərin bərpası ilə bağlı layihələrin hazırlanmasına başlanıldığı deyilir.

Gəldiyim qənaət odur ki, ölkəmiz Ermənistanın törətdiyi vəhşiliyə görə təzminat tələb etmək fikrində israrlıdır. Üstəlik maddı-mədəni irsimizə vurdugu ziyanın miqyası dəqiqləşdirilir. Çox ciddi məsələdir. Unutmayaq ki, düşməni bağışlamaq özü bir xəyanət hesab edilir. Bu istiqamətdə atılan addımları alqışlayıram.

Belə məqamda nəyi təklif edərdim. Bu gün Qarabağın girşi qapısı sayılan, regionun iqtisadi mərkəzi hesab edilən Ağdamın bərpası zamanı bir məqamın nəzərə alınmasını istərdim. Və bu tək mənim yox, deyərdim yüzlərcə insanın fikridir.

Ağdam və digər işğal altından azad edilmiş yaşayış məntəqələri bərpa edilərkən bu yaşayış məntəqələrində, xüsusəndə şəhərlərdə ermənilər tərəfindən məhv edilmiş maddi-mədəni irs nümunələri olan ərazini qoruq olaraq olduğu kimi saxlanılmasını təklif edərdim. Əsas məqsəd isə erməni barbarlığını əyani şəkildə gələcək nəsllərə, qonaqlara, xüsusən də xarici ölkələrdən gələn rəsmilərə və turistlərə göstərmək olmalıdır.

Ağdam şəhərində isə bu daha geniş ərazini əhatə edə bilər. Ağdam Çörək Muzeyindən (keçmiş Od dəyirmanı) başlayaraq, Bulvar da daxil olmaqla mərkəzi hissəni nümayiş üçün konservasiya etməklə saxlamaq olar. Açıq havada muzey kimi saxlamaqla, dağıdılmış abidələrin və ya digər mədəni irs hesab edilən abdiələrin mini varinatını yanındaca nümaiyş etdirməklə müqayisəli şəkildə təqdim etmək olar. Deyərdim Ağdamın mərkəzi hissəsində məhz bu addımı atmaq olar. 1964-cü ildə inşa edilən “Dostluq” kinoteatrı, bulvar, Əmək sarayı, üzbəüz Rabitə evi. Son illərdə həmin ərazidə ikimərtəbəli təhsil şöbəsinin və həmkarlar təşklatının binası inşa edilmişdi. Əmək sarayının yanında isə tikintisi yarımçıq qalmış ziyalılar evi var idi. Küçənin sonunda 1987-ci ildə istifadəyə verilmiş və çox müasir üslübda, mərmər üzlüklə üzlənmiş ikimərtəbəli “raykom” binası yerləşirdi. Buradan mərkəzi meydan başlayırdı. Mərkəzdə qoyulan “Fərhadın” heykəli isə son illərdə “Rabitə evi”nin qarşısına köçürülmüşdü. Mərkəzi meydanda isə 1949-cu ildə istifadəyə verilmiş teatr binası, sol tərəfdə 1965-ci ildə istifadə verilmiş “raykom”un köhnə binası, sağ tərəfdə isə dördmərtəbəli “rayispolkomun” binası vardı. “Rayispolkom”un binasıyla üzbəüz isə ikimərtəbəli köhnə mehmanxana gəlirdi. “Rayispolkom”in arxa tərəfində isə 80-ci illərin ortalarında istifadəyə verilən ən müasir üslubda inşa edilən mehmanxana yerləşirdi. Məscid binasından baxanda isə görünən yarımçıq bina məhz həmin mehmanxanaın qalıqları və mehmanxananın restoranı idi. Onu da əlavə edim ki, Məscidlə üzbəüz Ağdamın brendi hesab hesab edilən və 1986-cı ilin iyulunda istifadəyə verilən məşhur Çay evinin izi tozu belə qalmayıb.

Yəni sadaladığım yerlərin maddi mədəni irs nümunəsi kimi əhəmiyyətini nəzərə alıb düşünürəm bu ərazilərdə konservasiya işləri aparmaqla açıq havada muzey kimi saxlamaq lazımdır.

Bəlkə elə Ağdam şəhərinin bütünlükdə qoruq edək? Nə düşünürsünüz? Bəlkə “dünyanın ən varlı” şəhərini “ruhlar şəhəri”ndən ayırıb, yaxınlıqda yenidən “xoş təkəbbürlü bir şəhər” salaq? Düşünməyə dəyər...

Bu gün bizim əsas işimiz ərazilərin bərpasıyla yanaşı, ermənilərin ölkəmizə, doğma Qarabağımıza vurduğu ziyanı hesablamaqla, təzminat tələb etməklə bərabər, bu ağrı-acıları gələcək nəslə məntiqə söykənməklə çatdırmaq və bizim hansı bir şərəfsiz qonşu ilə üz-üzə qaldığımızı əyani şəkildə bildirməkdir.

Bu qədər ağrı-acılardan, əzab-əziyyətdən sonra hər hansı səhvə yol verməyə haqqımız yoxdur! Hər bir addımımız strateji plana uyğun atılmalı, qonşumuzun nə qədər murdar olduğunu unutmamalı, habelə içimizdəki erməni xislətlilərə də Vətən hissini yenidən aşılamalıyıq. Artıq başqa yolumuz yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər