Azərbaycanda daha 412 yoluxma, 631 sağalma, 7 ölüm

Azərbaycanda daha 412 yoluxma, 631 sağalma, 7 ölümAzərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, 6555 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.