Sizin Reklam Burada

Aksiya və dəfn mərasimlərində kütləvilik təhlükəlidir

Aksiya və dəfn mərasimlərində kütləvilik təhlükəlidirDünya hələ COVİD 19 təhlükəsindən yaxa qurtarmayıb. Azərbaycanda da sərt karantin rejimi qüvvədədir. Hələ də təbliğat aparılır, maarifləndirici tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunması istiqamətində bütün dövlət və özəl strukturlar səfərbər olunub. Amma qoruyucu vasitələrdən istifadə etmədən, sosial məsafəni qorumadan məlum hadisələrə dəstək nümayiş etdirən minlərlə gəncimizin parlament binası önündə aksiya keçirməsi, şəhidlərimizin dəfnində iştirakı təhlükəli bir hal idi.

Bunu Avrasiya.net-ə politoloq Ramiz Alıyev bildirib.

Onun fikrincə, pandemiya ilə mübarizə zamanında kütləviliyə yol vermək olmaz, sonradan bunun acı nəticələrini görə və yaşaya bilərik: “Nədən özümüzü qorumayaq, nədən mövcud qaydalara riayət etməyək. Dünyada bütün kütləvi və hətta beynəlxalq tədbirlərin keçirilməsi qadağan olunduğu bir vaxtda kütləvi şəkildə toplaşmaq olmaz. Bu halla böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. İnsanların kütləvi şəkildə dəfn mərasimlərinsə iştirakı və həmin yerlərdə hərbçilərlə zabitləri ilə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olarlar”.

Politoloqun fikrincə, hər kəs sağlamlığını düşünməlidir, hər kəs başqasının sağlamlığını düşünməlidir, bu mərhələdə həmrəy, bir olmalıyıq: “Bu torpaq, bu vətən bizimdir, namusumuz, qeyrətimizdir. Azərbaycan gənci heç bir zaman torpağının düşmən tapdağında qalmasına razı ola bilməz, biz heç vaxt Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin qurulmasına imkan verə bilmərik. Son iki gün ərzində Azərbaycan ordusunun işğalçı Ermənistan ordusuna zərbəsi, hərbi texnikasını məhv etməsi bizi ruhlandırıb. Ali Baş Komandanımızın əmrinə həmişə hazırıq. Buna heç kəsin şübhəsi yoxdur. Amma bu istəyimizin kütləvilik formada, özü də karantin rejimi yaşadığımız bir vaxtda ictimailəşdirməyin tərəfdarı deyiləm. İlk növbədə həmin ünvanlara yığışan on minlərlə insanın təhlükəsizliyinin təminatını göz önünə almalıyıq. Mübarizəmiz hələ qabaqdadır, onun üçün sağlamlığımızı qorumalıyıq, ordumuzun, əsgərlərimizin sağlamlığını qorumalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər