Sizin Reklam Burada

“Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir” - Rəşad Mahmudov

“Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir” - Rəşad MahmudovŞəffaflıq və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətimiz qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə ən mükəmməl layihələrdən biri də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Avrasiya.net xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, burada əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir:

“Son illərin təcrübəsi göstərir ki, ölkəmizdə elektron hökumət sahəsində çox önəmli irəliləyişlər əldə olunub. Qeyd edim ki, Agentlik qısa müddətdə bir çox uğurlara imza atıb. İndi qürur hissiylə demək olar ki, əsasən gənclərdən ibarət bu qurumun fəaliyyəti sayəsində Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir və tətbiq olunan model Azərbaycan brendi hesab olunur.

Bu model "ASAN xidmət" modelidir. Məhz bu modelin tətbiqi sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Azərbaycan Prezidentinin məlum fərmanına əsasən, yaradılmış bu qurum hətta beynəlxalq araşdırmaların diqqət mərkəzinə çevrilib.

İlk öncə onu deyim ki, dünyada analoqu olmayan bu modelin üstünlüklərindən ən əsası birbaşa vətəndaşlarla dövlət arasındakı əlaqələrin yaxınlaşmasına xidmət etməsidir. Axı ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. “ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən doğdu və fəaliyyət göstərdi. Bundan başqa, qurum həm də əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən birinə çevrilib. Bu cür mərkəzlərin cənab Prezidentimizin qeyd etdiyi kimi, tamam yeni fəlsəfədə tətbiq olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyə də xidmət edir.

Mən “ASAN xidmət” mərkəzlərinin yaradılması, onların əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edirəm. Mərkəzlərin sərrast iş prinsipləri, keyfiyyət standartları və personalın seçim qaydalarından tutmuş - ta mərkəzlər şəbəkəsinin genişləndirilməsinə qədər bütün fəaliyyəti Azərbaycan hakimiyyətinin öz xalqına, öz vətəndaşına müasir standartlar çərçivəsində və sivil qaydada yanaşmasından irəli gəlir".

Deputat qeyd edib ki, hazırda “ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini uğurla təmin edir və vətəndaşlarımız əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana - “ASAN xidmət” mərkəzinə müraciət etməklə ala bilirlər: "Düşünürəm ki, “ASAN xidmət” modeli uğurludur və fəxrlə qeyd edirəm ki, bu gün avropalılar da bu cür sistemin tətbiqinin yaxşı nəticələrini görür və qiymətləndirirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər