Sizin Reklam Burada

Salyan Rayon İcra Hakimiyyəti yayılan məlumatları təkzib etdi

Salyan Rayon İcra Hakimiyyəti yayılan məlumatları təkzib etdiMayın 18-də bəzi xəbər saytlarında Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?” başlığı altında məqalə verilib.

İcra hakimiyyətindən bildiririk ki, heç bir fakta əsaslanmayan, məqalədə qeyd edildiyi kimi “sosial şəbəkələrdə gedən müzakirələrdə və mətbuatda yayılan informasiyalardan belə nəticəyə gəlmək olur” kimi yalnız fərziyyələr əsasında yazılmış məqalə həqiqəti əks etdirmir, böhtan və şantaj xarakterlidir.

Məqalədə rayonda olan neqativ hal kimi S.Hətəmovla rayon icra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov arasında guya qarşıdurma olduğunu, qarşıdurmanın səbəbi kimi E.Hüseynovun vəzifədən uzaqlaşdırma istəyinin dayandığı bildirilir:

"Bildiririk ki, rayonda hər hansı bir qarşıdurma yoxdur və bütün dövlət orqanları, eləcə də vəzifəli şəxslər öz fəaliyyətlərini davam etdirirlər.
Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.
Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq, maddi durumunu yaxşılaşdırmaq xətrinə bu kimi məqalələrin elektron informasiya vasitələrində verilməsinə qətiyyətlə etiraz edirik".

İcra hakimiyyətindən oda bildirilib ki, qeyd olunan məqaləni rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdi kimi qiymətləndirilmiş və bununla əlaqədar məhkəmə orqanlarına müraciət edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər