Sizin Reklam Burada

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir "Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".

Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçün zəmin yaradırlar.

"Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşısını almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də , hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar".

O bütün vətəndaşlara tələblərə riayət etməklə bağlı müraciət edib. Baş epidemioloq bildirib ki, hazırda xəstəxanalarda Covid 19 infeksiaysına yoluxmuş xəstələrin müalicəsi davam etsə də dünya təcrübəsində çox pis nümunələr mövcuddur.

“Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir. Bunun üçün də insanlar çölə çıxmamalı və gigyenik təmizliklərinə xüsusi ilə diqqət etməlidirlər”.

İbadulla Ağayev vətəndaşları karantin rejimi ilə bağlı növbəti gündən eitbarən tətbiq ediləcək xüsusi qaydalara ciddi əməl etməyə çağırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər