Sizin Reklam Burada

"Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır" - TƏBİB sədri

"Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır" - TƏBİB sədri
"COVİD-19 təkcə sərhədyani bölgələrdə deyil, digər regionlarda da aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır".

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Bizim A, B, C, D, E planlarımız var idi. İstəyirik ki, planımızın sonunu indidən tam hazır edək ki, heç bir problemlə rastlaşmayaq və müalicə müəssisələrimizin resursları koronavirusla mübarizəyə kifayət etsin. Çünki səhiyyəsi ən inkişaf etmiş ölkələrin xəstəxanalarında belə yataq sayı kifayət etmir. O ölkələrin səhiyyəsi tamamilə iflic vəziyyətdə qalır. Hətta artıq çeşidləmə prosesinə başlayıblar və çox ağır xəstələri qəbul etmək istəmirlər.

Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın. Məhz buna görə də ölkə rəhbərinin diqqət və qayğısı müalicə müəssisələrinin imkanlarının genişləndirilməsinə yönəlib", - deyə TƏBİB sədri vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər