Sizin Reklam Burada

Özünüzü kiçik saymayın! - Emin Əliyev

Özünüzü kiçik saymayın! -  Emin ƏliyevEmin Əliyev
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri

Bizim cəmiyyət məsələlərə qarşı adətən reaktiv münasibət göstərir. Əslində isə biz proaktiv olarıqsa dünyadakı böhranlardan uduşlu çıxa bilərik. Bu gün biz böhrandan ya itkisiz, ya da az itki ilə çıxmaq barədə düşünürük. Yəni, başlanğıcdan zərərlə razılaşırıq.

Dünya konspiroloqları koronavirus ilə bağlı çox danışırlar. Bəziləri buna boş və əhəmiyyəsiz reaksiya verir, bəziləri həddən çox əhəmiyyət verərək təşvişə düşür və təşvişə səbəb olurlar. Bütün bu fikirlərin real nəticəyə təsiri yoxdur.

Bu günlərdə dünyanın qabaqcıl dövlətlərinin liderləri dünyamızın artıq bundan sonra daha fərqli olacağı və əvvəlki kimi olmayacağı barədə mesajlar verirlər. Bu bir çağırışdır.

Biz qəbul edə bilərik ki, biz kiçik dövlətik və bu qlobal söhbətlərdə biz heç "piyada" belə deyilik. Bu düşüncə də bizim məğlubiyyətlə razılaşmağımızın siqnalıdır. Bu böhran vəziyyətindən proaktiv düşüncə sahibləri qazanclı çıxacaqlar. Onlar nəinki az itki, heç ümumiyyətlə itki barədə düşünmürlər. Onlar bu vəziyyətdən daha çox qazanclı çıxmaq üçün çalışırlar.

Bəlkə də bundan sonra Günəş qərbdən doğacaq, bəlkə də dünyanın siyasi xəritəsi tamam dəyişəcək, bəlkə də dünya əhalisi cavanlaşacaq, bəlkə də Marsa insan ayağı dəyəcək və orada "yeni dünya" qurulacaq. Bəlkə də dünyanı robotlar idarə edəcək. Bəlkə də... Amma hər şey əvvəlki kimi olmayacaq! Bu dəqiqdir!
Mən əminəm ki, biz bu fürsətdən istifadə edə bilərik!

Mən əminəm ki, bizim alimlər ürəklə, səmimiyyətlə çalışsalar COVİD-19 üçün vaksin kəşf edərək milli səhiyyəmizin üzərində olan ləkəni təmizləyə bilərlər və səhiyyəmiz özünəgüvən hissi ilə ciddi bir inkişaf mərhələsinə qədəm qoyar.

Mən əminəm ki, bugünkü tətil abu-havası bizim təhsilimizə yeni keyfiyyət və yanaşmalar gətirərək qınaq obyekti olmaqdan yaxasını qurtarar və Azərbaycan yüksək elm-təhsil mərkəzinə çevrilə bilər.

Mən əminəm ki, bizim sahibkarlar bu böhranda cəsarətlə, əzmlə çalışaraq milli iqtisadiyyatımızda elə yanaşmalar tətbiq edə bilərlər ki, büdcədən ayrılmış 1 milyard manatı zərərlərini bağlamaq üçün deyil, əksinə, yeni fürsətlər üçün xərcləyərək böhrandan qazancla çıxa bilərlər(bunun kimi misallar öncəki illərdə baş vermiş dünya iqtisadi böhranlarında vardır).

Mən əminəm ki, bu böhranı fürsətə çevirərək ölkəmizin kənd təsərrüfatında elə bir modellər tətbiq edilməyə başlayar ki, rəqəmlər üzərində deyil, həqiqətdə ölkəmiz tamamilə qida məhsulları ilə təmin edilə bilər.

Mən əminəm ki, biz bu böhrandan istifadə edərək hətta ərazi bütövlüyümüzün bərpasını təmin edə bilərik.

Sadəcə #evdeqal deyərək və ya bu çağırışa sadiq olaraq evdə qalıb boş durmayaraq, vaxtımızı televizorun qabağında, sosial şəbəkələrdə keçirdərək deyil, bizə hədiyyə edilmiş beynimizi işlədərək fantastik uğurlara nail ola bilərik!

#evdəçalışaq, ailəmizin, cəmiyyətimizin, millətimizin, dövlətimizin, dünyamızın bu böhrandan üzüağ, qazancla çıxması üçün çalışaq! Gələcəyimiz üçün çalışaq!
Özünüzü kiçik saymayın!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər