Sizin Reklam Burada

Azərbaycandakı koronavirus xəstələrinin son vəziyyəti - Baş infeksionist AÇIQLADI

Azərbaycandakı koronavirus xəstələrinin son vəziyyəti - Baş infeksionist AÇIQLADI
“Azərbaycanda koronavirus aşkarlanan 3 xəstənin səhhətində ağırlaşma, ciddi dəyişiklik yoxdur, vəziyyətləri stabil olaraq qalır”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, koronavirus ağır gedişata malik xəstəlik deyil:

“Bu baxımdan ki, hamıda ağırlaşma vermir. 80 faiz insanlarda sağalma ilə nəticələnən respirator virus infeksiyasıdır. Yalnız yanaşı xroniki xəstəliyi olan şəxslərin həyati riski var. Bizdəki xəstələrin heç birində isə yanaşı ağır xəstəliklər yoxdur”.

Baş infeksionist deyib ki, Azərbaycandakı xəstələr xüsusi, ağır müalicəyə cəlb olunmayıblar:

“Onlar adi respirator qrip kimi xəstəxana şəraitində nəzarət altındadırlar. Ümid edirik ki, tez bir zamanda tam sağalıb evlərinə buraxılacaqlar”.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.



29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər