Sizin Reklam Burada

"İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur"

"İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur"“İsgəndər Həmidovun durumunda heç bir irəliləyiş yoxdur. Vəfatı haqqında yayılan məlumatlar isə əsassızdır”.

Bu barədə Modern.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O qeyd edib ki, sabiq naziri xaricə müalicəyə göndərməyin heç bir əhəmiyyəti yoxdur:

“Belə bir şansı da demək olar yoxdur. Türkiyədən gələn mütəxəssislər də vəziyyəti dəyərləndirdilər. Türkiyəyə, yaxud başqa ölkəyə aparılması hər hansı irəliləyiş yaratmayacağından həkimləri burada müalicəsinə üstünlük verdilər”.

A. Qeybulla sabiq nazirin ailəsinin onun durumu haqqında məlumatları olduğunu diqqətə çatdırıb:

“Əllərindən gələni edirlər. Çarpışırlar. Bir müddət öncə maddi cəhətdən sıxıntıları olduğunu demişdim. Özləri maddi problemləri həll edirlər ki, müalicə axsamasın. Xəstəxana rəhbərliyi tərəfindən İsgəndər bəyin müalicəsi ilə bağlı çox güzəşt edilib”.

Qeyd edək ki, İ. Həmidov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər