Sizin Reklam Burada

ALDP sədri merə yenə müraciət edib

ALDP sədri merə yenə müraciət edib26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı Şəhər İcra Hakimiyyənini Başçısı Eldar Əzizova məktub ünvanlayıb. Növbəti məktubda deyilir:

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı
cənab Eldar Əzizova


MÜRACİƏT

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1, ünvanda yerləşən uşaq bağçasının həyətində Azərsutikinti İdarəsi tərəfindən su-kanalizasiya borusunun çəkilməsi nəzərdə tutulub. Layihəyə əsasən diametri 6 metirlik boru 25-30 metr dərinliyində yerə basdırılıb. 5 il bundan qabaq bu işlər naməlum səbəblərdən dayandırılıb. Açılan borunun üstü bağlanmamış vəziyyətində qaldığına görə, bu 5 il ərzində ora çirkab su ilə dolub.
Bu 5 il ərzində ağzı açıq qalan boruya yığılan çirkab su ətrafda yaşayan vətəndaşlar üçün real təhlükəyə çevrilib. Ətrafı üfunət bürüyüb, çirkablıq, xəstəlik mənbəyinə çevrilən borunun üstü hələ də örtülməyib.

Bağçada tərbiyə alan uşaqların hər an o boruya düşüb boğulması təhlükəsi mövcuddur. İnsan üçün əsl ölüm ünvanıdır.

Boru çəkilən zaman yaxınlıqda yaşayan vətəndaşlara da ziyan vurulub. Aparılan işlər zamanı evlərin divarlarında çatlar əmələ gəlib.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1A ünvanında yaşayan Aslanov Behbut Nürəddin oğlunun mənzilinin divarlarında böyük çatlar olduğunu misal kimi çəkmək olar.
Bağçaya uşaqları gətirən valideyinlərin və Behbut Aslanovun sözlərinə görə, borunun ağzının bağlanması, borunun tikilməsi zaman evlərdə yaranan çatların aradan qaldırılması ilə bağlı 5 il ərzində Sabunçu İcra Hakimiyyətinə və digər müvafiq organlara edilən onlarla müraciətləri cavabsız qalıb.

Cənab mer, ünvanladığım müraciətimdə göstərilən ünvanda olan problemin aradan qaldırılmasında vətəndaşlara köməklik etməyinizi xahiş edirəm.

Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

ALDP sədri merə yenə müraciət edib
ALDP sədri merə yenə müraciət edib
ALDP sədri merə yenə müraciət edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər