Sizin Reklam Burada

Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar

Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar2 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilib.

Fevralın 1-də Gənclər Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral “Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbiri Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov giriş sözü ilə açaraq geniş hesabat məruzəsi ilə çıxış edib. 70-ə yaxın fəal gəncin iştirak etdiyi tədbirdə YAP Siyəzən Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Nəcəf Kazımov, ATU-nun I kurs tələbəsi, Prezident təqaüdçüsü Samilə Qədəşova, sərbəst güləş üzrə Dünya və Avropa çempionu, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürün medalçısı Şahanə Nəzərova və şəhər 4 saylı tam orta məktəbin müəllimi Bəşarə Əliyeva çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Sonda yekun sözlə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun təbrikini tədbir iştirakçılarının nəzərinə çatdırıb və qeyd edib ki, gənclərin respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Tədbirin sonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə və müxtəlif sahələrdə qazandığı uğurlara görə bir qrup gənc idarə tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Tədbirdə həmçinin “Azərbaycan Gəncləri günü”ndən bəhs edən film nümayiş etdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti

Son xəbərlər