Sizin Reklam Burada

"Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir?

"Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir?
"Unibank"a məxsus debet kartların balansından dünən axşam saatlarından etibarən vəsaitlərin silinməsi müştərilərin haqlı narazılığına səbəb olub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı bankın müştəriləri sosial şəbəkələrdə məlumat yayıblar.

Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik, narahat olmayasınız”, - deyə "Unibank"ın açıqlamasında bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər