Sizin Reklam Burada

"Sülhməramlıların missiyası vəziyyəti gərginləşdirmək deyil"

"Sülhməramlıların missiyası vəziyyəti gərginləşdirmək deyil"Nə erməni separatçıları, nədə ki Rusiya sülhməramlıları Azərbaycanın Xankəndi şəhərində hərbi parad keçirə bilməz. Bu o qədər açıq-aydın və danılmaz bir həqiqətdir ki, hətta bu həqiqətin istər siyasi, istərsə hüquqi baxımdan isbat edilməsinə belə hər hansı bir ehtiyac görmürük. Rusiya sülhməramlılarının işi-gücü parad keçirmək deyil ki. Rus sülməramlıları sadəcə olaraq Dağlıq Qarabağda öz birbaşa funksiyalarını, missiyalarını vicdanla yerinə yetirməlidirlər. Onların üzərinə düşən yeganə iş budur.

Əgər onlar özlərini həqiqətən də sülhməramlı hesab edirlərsə, o zaman zəhmət çəkib bölgədə gerçəkdən də sülh yaratmalıdırlar. Sülhməramlılıq tərəflərin birinə təssübkeşlik edib, digərini isə qıcıqlandırmaq, təxribata çəkmək deyil. Rusiya sülhməramlılarının mayın 9-da Xankəndidə alman faşizmi üzərində qələbə paradının keçirilməsini planlaşdırmaları təxribatdan başqa bir şey deyil. Sülhməramlı adını daşıyan rusiyalı hərbçilər Dağlıq Qarabağda erməni revanşizmini, erməni separatçılığını lokallaşdırmaq əvəzinə, parad "şou"su göstərməyə hazırlaşırlar. Bu tamamilə absurddur.

Dünyadakı mövcud münaqişələrin tarixinə nəzər salsaq və həmin münaqişə zonalarında yerləşdirilən sülhməramlı kontingentlərin fəaliyyətini incələsək görərik ki, indiyə qədər heç bir sülhməramlı kontingent münaqişə zonasına daxil olan ərazilərdə öz ölkəsinin hərbi paradını keçirməyib. Rusiyanın Müdafiə Nazirliyi belə bir təxribatçı ideyanı hardan fikirləşib tapıb, nə üçün "icad" edib və bununla nəyə nail olmaq istəyir, bax, bütün bunlar qaranlıq məqamlardır.

Sülhməramlıların missiyası vəziyyəti gərginləşdirmək deyil, konfliktli vəziyyətləri aradan qaldırmaqdır, qarşıdurmalara yol verməməkdir. Ancaq biz belə görürük ki, Xankəndində parad keçirməklə rus sülhməramlıları neytrallığı, tərəfsizliyi pozmaqda, ermənilərə açıq şəkildə dəstək verməkdə maraqlıdırlar. Deyəsən, onlar unudurlar ki, bu cür məsələlər öncədən rəsmi Bakı ilə razılaşdırılmadan gerçəkləşdirilə bilməz. Azərbaycan tərəfi həmin gün sülhməramlıların yerləşdikləri modul tipli kazarmaların ərazisində təntənəli keçidlərin təşkil edilməsinə normal yanaşar. Onlar öz əsgər və zabit heyətləri üçün bu cür lokal miqyaslı, qapalı tədbirlər keçirmək istəyirlərsə, buyursunlar, keçirsinlər. Ancaq hərbi hissə daxilində təntənəli keçid təşkil etmək ayrı şeydir, Xankəndinin mərkəzində parad keçirmək isə tamam ayrı məsələdir. Bir ölkənin hərbçiləri başqa bir ölkənin şəhərində qələbə paradı keçirə bilməz. Bu aksiomadır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər