Sizin Reklam Burada

Baş redaktor: “Prezidentin sərt mövqeyi Ermənistan qədər Rusiyanı da cavab verməyə məcbur edir”

Baş redaktor: “Prezidentin sərt mövqeyi Ermənistan qədər Rusiyanı da cavab verməyə məcbur edir” “Bəzi bədxahların Xankəndidə keçiriləcək paradla bağlı məğlubiyyət adı altında cəmiyyətə sırımaq istədikləri təxribatçı məlumatlar, təhlillər də nəticə verməyəcək. Necə ki, Vətən müharibəsi başlayanda gizli-aşkar efirlərdən “qələbə qazana bilmərik”, “məğlubiyyətimiz qaçılmazdır” və s. kimi məlumatlarla cəmiyyətdə xof yaratmaq istəyənlərin fikirləri fiaskoya uğradı. Bu dəfə də elə olacaq”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Xankəndidə parad keçirilməsi ilə bağlı məlumatların dövriyyəyə buraxılması da, hazırlıqla bağlı görüntülərin yayılması da növbəti təxribatdır:

“Bu, həm də Azərbaycanın zəfərinə kölgə salmaq cəhdidir. Təəssüf ki, xarici dairələrin əlində alət olan bəziləri də qəsdən törədilən və cəmiyyətin fikrini yayındırmaq məqsədi güdən bu məlumatları şişirtmək, öz niyyətlərini güdməkdən çəkinmirlər. Hərəsinin də ağzından bir avaz gəlir. Biri “məğlubiyyət” deyir, biri “geri çəkilmək” və s. Bu məqamda dövlətin yanında olmaq əvəzinə dövlətin əleyhinə olan cəbhədə yer alırlar. Üzdə vətənsevər olub özlərini ürəyiağrıyan kimi göstərsələr də, daxildə sevinirlər ki, Azərbaycanın Qarabağ zəfərinə kölgə sala biləcəklər. Azərbaycan cəmiyyəti reallığı dərk edir. Prezident İlham Əliyev AzTV-yə müsahibəsində cəmiyyətdəki bütün suallara tam aydınlıq gətirdi. Bilmədiyimiz çox şeyi bildik, məlumatlandıq. İndi hər kəsə aydındır ki, istər 44 günlük müharibə dövründə, istərsə ondan sonrakı müddət ərzində bizə qarşı hansı təxribatlar törədilib və törədilir. Prezident müsahibəsində bildirir ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketlərinin Ermənistanın əlinə düşməsi qeyri-mümkündür və burada iki yol var, ya gizli şəkildə verilib, yaxud da qaçaqmalçılq yoluyla oğurlanıb. Bu suallara Ermənistan və Rusiya aydınlıq gətirməlidir. Bu, Prezidentin qəti mövqeyidir və Azərbaycan xalqı da Prezidentin bu mövqeyini qətiyyətlə müdafiə edir, dəstəkləyir. Bu suallar cavab gözləyir”.

R.Becanov qeyd edib ki, hər iki halda yeni bir mənzərə də ortaya çıxır:

“Əgər verilibsə, Rusiyanın bir daha beynəlxalq hüquq nomalarına əməl etmədiyi aşkar görünəcək. Əgər oğurlanıb qaçaqmalçılıq yoluyla Ermənistana çatdırılıbsa, bu da Rusiyada korrupsiyalaşmış oliqarxların ordunu da, bu silahları da öz qurbanlarına çevirdiyinin göstəricisi olacaq. Yəni hər iki hal Rusiya dövləti və hakimiyyəti üçün ciddi problemdir. Deməli, Rusiya artıq öz ordusunun daxilində, hərbi-sənaye kompleksində baş verənlərə nəzarəti itirib. Rusiya mətbuatında “Azərbaycan və Türkiyə birlikdə “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətirib və Şuşaya qoyublar” kimi iddia və ittihamlar da problemin Rusiyada ajiotaj yaratdığını göstərir. Amma nə qədər çalışsa da, Rusiya bu kimi təxribatlarla vəziyyətdən çıxa bilməz.

Çünki Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin əlində tutarlı faktlar var. Xankəndidə parad keçiriməsi məsələsinin də qəfil gündəmə gəlməsinin, Rusiyada yaşayan 120 min azərbaycanlının deportasiya edilməsi ilə bağlı rus mətbuatında dövriyyəyə buraxılan xəbərlərin kökündə də məhz Azərbaycanın sərt mövqeyi və israrı dayanır. Hərbi Qənimətlər Parkının açılışı, orada raketin qalıqlarının nümayiş olunması və Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketləri ilə bağlı Prezidentin sərt mövqeyi Ermənistan qədər Rusiyanı da məsuliyyətli olmağa və cavab verməyə məcbur edir. Vəziyyətdən çıxmaq, cəmiyyətimizdəki birliyi parçalamaq və fikrimizi yayındırmaq üçün parad keçirilməsi, deportasiya və s. müxtəlif təxribatçı məlumatlar yayırlar və Azərbaycan cəmiyyətindəki həmrəyliyə zərər vurmaq istəyirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər