Sizin Reklam Burada

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladı

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladıDüşmən bizim bu istiqamətdən gələcəyimizi gözləmirdi. Hərbçi dilində desəm, “gərək dəli olasan ki, bu istiqamətdən rəqibə hücum edəsən”. Lakin yaxşı komandir o komandirdir ki, düzgün anda risk edə bilsin. Mən də elə etdim.

Avrasiya.net xəbər verir ki, bu sözləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun polkovniki Tehran Mənsimov deyib.

“Xocavənd rayonu istiqamətində tabeliyimdəki qrupları böldüm. Çünki Füzulinin yaşayış məntəqələrini ələ keçirmək üçün tapşırıq gəlmişdi. Düşmənin 2 km uzanan bir silsiləsi var idi. Həmin silsilə elə bir yerdə idi ki, həm sağ, həm də sol tərəfdəki hakim yüksəkliklər düşmənin nəzarətində idi.

Sağ tərəf çətin məntəqə idi, sol tərəf Divanalar yaşayış məntəqəsi idi. Bu izah etdiyim məntəqələri digər qonşu bölmələr almalı idi. Bütün bölmələr bir-biri ilə qarşılıqlı əlaqədə idi. Yəni tapşırıq birlikdə, qarşılıqlı koordinasiya ilə icra edilməli idi.

Döyüş öncəsi 5 qrup düzdüm. Hər qrupa Naxçıvan XTQ-dən bir komandan təyin etdim. Bir saat ərzində ərazidə kəşfiyyat apara bildim. Qrup komandirlərini 720.9 hakim yüksəkliyinə keçirdim. Hər bir qrup komandirinə tapşırıq verdim. Onu da dedim ki̇, döyüşlərdə sizinlə birlikdə mən də olacağam. Bu söz onlar üçün qarşıdan gələn döyüşü bambaşqa bir hala saldı. 90 nəfərlik qüvvə ilə səhər ala qaranlıqda hərəkətə keçdik.

Hərəkət etdiyimiz ərazi sıx meşəlik, dağlıq və düz ərazi idi. Ermənilər düz ərazidə hərəkəti yavaşlatmaq üçün yeri şumlamışdı.

Düşmən sağdan hücum gözləyərkən ordu komandanı iki dron göndərmişdi. Həm gecəni görmək üçün, həm də gündüzü. Dronlar vasitəsi ilə gedəcəyimiz istiqmətdə 58 erməni saymışdım. Hamısı da tam təsisatlı idi. Bu kadrların hamısını komandama da göstərdim ki, hədəf mütləq məhv edilməlidir, çünki başqa yolu yox idi. Mən birmənalı olaraq tabeliyimdəkilərə bildirdim ki, biz Naxçıvan Muxtar Respublikasından gələn XTQ-lər məruzə edə bilmərəm ki̇, tapşırıq alınmadı. Şükür ki, bunu demək mənə nəsib olmadı və tapşırığı uğurla yerinə yetirdik”, - polkovnik qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər