Sizin Reklam Burada

İrəvan köməksiz qalacaq, Azərbaycan tankları, PUA-ları...

İrəvan köməksiz qalacaq, Azərbaycan tankları, PUA-ları...Azərbaycan Ermənistandan daha müasir silahlarla təchiz olunub: tanklar, müxtəlif zirehli avtomobillər, hərbi nəzarət sistemləri, pilotsuz uçuş aparatları və sair”.

Publika.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi mütəxəssis, Hərbi Siyasi Elmlər Dərnəyinin üzvü Aleksandr Perenciyev Tovuz istiqamətində gedən döyüşlərlə bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, iki həmsərhəd ölkə arasında mövcud gərginliyin böyükmiqyaslı döyüşə çevriləcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin bu döyüşlərə müdaxilə etməsi ehtimalı olduqca azdır: “Burada hər şeydən əvvəl İrəvanın alacağı hərbi-siyasi dəstəkdən bəhs edirik. Ermənistanın KTMT üzvü olması müəyyənləşdirici faktordur. Lakin döyüşdə ona dəstək verilməsi ehtimalı çox aşağıdır”.

O bildirib ki, Azərbaycan cəmiyyəti mövcud status-kvo ilə barışmır və paytaxt Bakıda orduya dəstək məqsədilə keçirilən yürüş aksiyası bunun bariz göstəricisidir.

Perenciyev münaqişənin vasitəçilər tərəfindən 2007-ci ildə Bakı və İrəvana təklif edilən “Madrid” planından başqa sülh yolu ilə həllinin alternativi olmadığını vurğulayıb.

Qeyd edək ki, “Madrid” planı Dağlıq Qarabağın ətrafındakı bölgələrin mərhələli şəkildə Azərbaycana qaytarılması, Qarabağa Azərbaycanın ərazi bütövlüyünü pozmayan müvəqqəti status verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında korridorun yaradılması və Qarabağdan məcburi köçkün düşən insanların doğma torpaqlarına geri qaytarılmasını ehtiva edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər