Sizin Reklam Burada

"İraq türkmanlarının qəlbi Azərbaycanla döyünür"

"İraq türkmanlarının qəlbi Azərbaycanla döyünür" Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, İraqda baş verən siyasi proseslərin Azərbaycan üçün də müəyyən həssas məqamları var: "Bu ölkədə 3 milyon soydaşımız olan türkmanlar yaşayır. İraqda türkmanlar öz haqlarını və hüquqlarını qorumaq üçün uzun illərdir ki, mübarizə aparır. Burada ərəb və kürdlərin diskriminasiya siyasətinə məruz qalırlar. İraqda yeganə xalqdır ki, heç bir xarici dəstəyi olmadan öz mübarizə əzmləri ilə ayaqdadırlar.

Qeyd edim ki, kürdlərə xarici ölkələr, ərəblərə isə məzhəbsəl baxımından ayrı-ayrı ölkələr dəstək verir. Halbuki Türkiyə kimi böyük dövlət İraqda türkmanlara sahib çıxmalıdır. Nədənsə, istənilən dəstək verilmir".

M.Əsədullazadə onu da bildirib ki, Türkiyə İraqda öz mövqelərini gücləndirmək istəyərsə, ABŞ və İrandan da artıq burada möhkəmlənə bilər: "Məhz türkmanlara sahib çıxmaqla beynəlxalq güclərin İraqda kürd kartını özünə qarşı zəiflədə bilər. Suriyada necə ki, türkmanlara sahib çıxıb Şimali Suriyada möhkəmlənib. Bunu İraqda da edə bilər".

Politoloq vurğulayıb ki, Ankara Bağdad üzərində təzyiq aləti əldə edə bilər və burada digər ölkələrin siyasətini neytrallaşdıra bilər. Yenə də gec deyil. İraqda yeni qurulan hökumət türkmanların haqlarını növbəti dəfə tapdaladı və onlara kabinetdə yer vermədi. Halbuki İraq hakimiyyəti küdlərin üzərəələrində təzyiqlərini neytrallaşdırmaq üçün türkmanlara yer verib, onlara siyasi-iqtisadi dəstək verməklə xeyli güclənə bilərdi. Bütövlükdə itirən İraqdı və bu ölkənin parçalanması labüd ola bilər. Sadəcə Türkiyə faktoru bu ölkənin parçalanmasının qarşısını alır:

"Hazırda İraq türkmanları öz muxtariyyətlərini elan etmək istəyir. Türkiyənin dəstəyi olmasa, onlar muxtariyyət əldə edə bilməyəcək.

İraq türkmanlarının qəlbi Azərbaycanla döyünür. Onların bu çətin günlərində öz siyasi dəstəyimizi verməliyik. İraqda türkmanların güclənməsi gələcək perspektivdə Azərbaycanın da leyhinə ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər