Sizin Reklam Burada

"Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar"

"Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar"“Tarixləri qara ləkələrlə dolu olan və Xocalıda bir gecədə 613 azərbaycanlı qardaşımızı məhv edən ermənilərin havadarları də bilir ki, Türkiyə keçmişində ləkə olmayan bir ölkədir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan danışıb. O qeyd edib ki, sözügedən iddialar tamamilə siyasi xarakter daşıyır:

“Məqsədləri həqiqətə nail olmaq deyil. Türkiyənin bu məsələdə ən kiçik bir narahatlığı belə olmadığı üçün bütün arxivlərini açıb. Ancaq ermənilər arxivlərini açmırlar. Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar. Həqiqətlər ortaya çıxdığı təqdirdə, yalanları ilə beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər.

Qorxurlar, çünki arxivlərdə iddia etdiklərinin əksinə, hadisələrin necə meydana gəldiyini, məcburi köçə nə üçün məruz qaldıqlarını, belə bir vəziyyətdə hər bir ölkənin məcburi köç qərarı alacağı həqiqətinin ortaya çıxmasını istəmirlər.

Onlar da bilir ki, tarixi faktlara görə, 1914-cü ildə erməni komitələrinin Türkiyədəki şöbələrinə rus ordusu sərhəd boyunca irəliləməyə başladığında üsyan çıxarmaq, türk ordusunu iki od arasında qoymaq, dövlet binalarını bombalamaq və ərzaq anbarlarına təxribatlar təşkil etmək təlimatı verilib. Həmçinin türk ordusu hücuma keçdiyində erməni əsgərlərinə birliklərindən qaçaraq rus ordusuna qoşulmaq, türk birliklərinin arxa cəbhələrinə zərər vermək və ölkə içində müxtəlif iğtişaşlar törətmək üçün dəstələr qurmaq təlimatı verilib.

Müharibə başlayan kimi şərq cəbhəsində hadisələr qeyd edildiyi kimi baş vermiş, səfərbərliyin elan edildiyi 1914-cü ilin avqust ayının 3-dən etibarən ermənilər ordudan qaçmağa başlamış, türk əsgərlərinə qarşı silahlı hücumlar təşkil etmiş və Rusiyaya köç edərək dəstələrə qoşulmuşlar. 1914-cü ilin noyabr ayının 1-də rus ordusunun şərq vilayətlərimizə etdiyi hücumdan sonra bir çox şəhərdə üsyanlar başlayıb.

Osmanlı hökuməti xüsusilə də Van üsyanı başlayanadək bəzi kiçik tədbirlər almaqla erməni dəstələrinin fəaliyyətinin qarşısını almağa çalışıb. Osmanlı hökumətinin xoş niyyətlə və kiçik tədbirlərlə məsələni həll etməyə cəhd etməsinin bir faydası olmamış, üsyanın və ermənilərin qəsəbə və kəndlərdə uşaq, qadın, yaşlı demədən mülki əhalini öldürməsinin qarşısını ala bilməməsi nəticəsində köç qərarı qəbul edilib”.

H.Altınalanın fikrincə, həmin dövrdəki köç qərarı düzgün verilmiş bir qərardır:

“Bu gün olsa yenə eyni qərar verilər və tətbiq olunar. Erməni dəstələri bir çox bölgədə üsyan qaldırmış, terror hadisələri, qırğınlar törətmiş, Osmanlı hökuməti isə sakit münasibətini qoruyub.

Bu da bir gerçəkdir ki, ermənilərin yerlərini dəyişdirmək onları məhv etmək deyil, dövlətin təhlükəsizliyini qorumaq məqsədi daşıyıb.

Məqsədi insan hüquqları və ya həqiqət olan hər bir ölkə keçmişi qurdalayıb yalanlarla bir şey əldə etməyi bir kənara qoyub günümüzdə belə Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan ermənilərdən həm bu işğalın, həm də Xocalıda həyata keçirdikləri vəhşiliklərlə dolu soyqırımın hesabını soruşmalıdır. Bunları gündəmə gətirməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər