Sizin Reklam Burada

""Siyasi partiyaların" müraciətinin müəllifi öz partiyasının adından danışsın"

 ""Siyasi partiyaların"  müraciətinin müəllifi öz partiyasının adından danışsın"
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev SİYASİ PARTİYALAR TƏRƏFİNDƏN Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarğaha “COVİD-19" pandemiyasının fəsadları ilə bağlı tədbirlər barəsində M Ü R A C İ Ə T İ şərh edərkən deyib.

"Yaxşı olardı ki, bu müraciətin müəllifi öz partiyasının adından danışsın, bütün siyasi partiyalar adından yox. Hesab edirəm ki, indiki, dövrdə partiya nümayəndələri də maarifləndirmə işləriylə məşğul olsalar daha məqsədəuyğun olar. Koronavirusdan sağalan insana, hətta bu virusa yoluxmayanlara gələcəkdə hansı fəsadlar verəcəyini heç kim bilmir. Karantin rejimi tətbiq olunub. SMS-dən, icazələrdən sui-istifadə olunur. 50 min icazə ləğv olunub. Bu o deməkdir ki, ən azından 150 min insan təhlükə altındadır.

Dünən evin pəncərəsindən baxıram ki, insanlar bayırdadır. Uşaq, böyük, yaşlı özlərini elə aparırlar ki, elə bil bunlar bu virusa qarşı peyvənd olunublar. Bu virusa qalib gəlmək üçün hamımız karantin rejimin qaydalarına riayət etməkiyik. Siyasi partiyalar vətəndaşlarla maarifləndirmə işlərini gücləndirilmədi, #evdəqal kampaniyanın təbliğ etməsi indiki vəziyyətdə vacib bir məsələdir. Təkliflərı gəlincə, hakimiyyət hamını toplayıb vəziyyətlə bağlı danışa bilərdi, təkliflərimizi dinləyə bilərdi, bunu etmədi. Buna baxmayaraq, ALDP öz təkliflərini verib." - Fuad Əliyev qeyd edib.

F. Əliyev bəzi müxalifət nümayəndələrinin karantin rejimin pozduğu zaman cərimə olunması, saxlanılmasına siyasi don verməyini qəbul etmədiyini bildirdi.
"Karantin rejimi tətbiq olunub. Və biz hamımız, sıravi üzvdən tutmuş sədrə qədər buna riayət etməliyik. Hansısa məqsədlərə görə karantini pozmaq və buba siyasi don vermək hesab edirəm ki, bu qəbul olunmazdır. İndiki vəziyyətdə iqtidar-müxalifət münasibətlərini kənarda qoymalıyıq. Siz təkçə özünüzü yox, ailənizi yox, digər vətəndaşları da nəzərdə saxlamalısız. Hamımız bu pandemiya ilə mübarizə aparmalıyıq. İnşallah cəmiyyətimiz bu mübarizədən qələbə ilə çıxandan sonra iqtidarla mübarizəmizi davam edəcəyik."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər