Sizin Reklam Burada

Korona hücumu: Rusiya İrəvanı tək qoydu - Politoloq

Korona hücumu: Rusiya İrəvanı tək qoydu - Politoloq
Ermənistan koronavirus pandemiyasına görə Rusiya və digər dövlətlərin köməyinə möhtacdır. Lakin bütün ölkələr bu virusdan əziyyət çəkir və heç kimi Ermənistan maraqlandırmır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli koronavirus pandemiyası ilə Rusiyanın bütün ölkələrlə əlaqələri kəsməsi və hazırda Gürcüstan üzərindən yük daşımalarında ciddi problemin yaşanmasını şərh edərkən deyib.

Buna baxmayaraq, politoloq koronavirus səbəbindən Rusiyanın Ermənistandakı hərbi bazasını boşaldacağını düşünmür:

“Rusiyanın Ermənistandakı hərbi bazası Moskvanın regionda təsir gücü baxımından əhəmiyyətlidir. Bu mənada Rusiyanın hərbçilərini Ermənistandan çıxarması real görünmür. Digər tərəfdən, bu gün Rusiya istəsə də, öz hərbçilərini Ermənistandan çıxara bilməz. Koronavirus pandemiyası Ermənistanda sürətlə yayılmaqdadır. Bu ölkədə koronavirusa yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 424-dür. Ermənistanın zəif səhiyyə sistemi bu virusun qarşısının alınmasında acizdir. Hətta virusun Ermənistanda yerləşən rus hərbi bazasına da sıçradığı ilə bağlı xəbərlər mövcuddur. Bu mənada rus hərbçilərinin ölkəyə qaytarılması virusun Rusiyada sürətlə yayılması ilə nəticələnə bilər”.

Politoloq qeyd edib ki, Ermənistan həm mövcud koronavirus pandemiyası ilə əlaqədar, həm də ölkədə yerləşən rus hərbi bazasında yoluxma hallarının qarşısını almaq üçün Moskvadan yardım tələb edir:

“Lakin bu gün mövcud vəziyyət bir çox dövləti öz içinə qapanmağa məcbur edir. Rusiya öz ölkəsindəki vəziyyəti düşünməyə məcburdur. Bu baxımdan deyə bilərəm ki, Moskvanı hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür. Kreml üçün bu gün əsas prioritet Rusiyada koronavirus pandemiyasının qarşısını almaqdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər