"Əli Kərimli İranla əməkdaşlığını ört-basdır etmək üçün Taleh Bağırzadənin əleyhinə danışır"
“ABŞ-İran münasibətlərinin gərkin bir dövründə gözlənilmədən Əli Kərimli və Cəmil Həsənli öz siyasətlərini dəyişərək iki gündür uzun illərdi Milli Şuranın daxilində fəaliyyət göstərən Taleh Bağırzadənin əleydarı kimi çıxış etməyə başlayıblar, onun qatı əleydarı olduqlarını “sübut” etməyə başlayıblar. Bunlar kimə mesaj vermək istəyirlər?” –bu açıqlamanı mətbuata BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Ordyxanlı verib.
Onun sözlərini görə, Əli Kərimlinin bu günə qədər İranla ciddi əlaqələrinin olması açıq-aydın hər kəsə bəlli idi:” Nə baş verib ki, Əli Kərimli ilə Cəmil Həsənli Taleh Bağlrzadədən imtina etməyə başlayıblar?! Bütün günü Taleh bağırzadəyə açıq dəstək verən Əli Kərimli, Qənimət Zayidov indi siyasətlərini niyə dəyişiblər? Əlbəttə ki, uzun illərdi siyasətlə məşğul olan şəxslər çox yaxşı bilir ki, Əli Kərimli istənilən məqamda öz müttəfiqini ayaq altına atır, ona xəyanət edir. Bu gün onlar bu cür çıxışlar etməklə, Qərbə mesaj verirlər ki, o İranpərəst qüvvələrlə əməkdaşlığı dayandırmaq niyyətindədir. Bundan sonra onlarla əməkdaşlıq etmiyəcək. Ancaq elə həmin Qərb dairələri də çox yaxşı bilir ki, Əli Kərimli hansı səbəbdəndir ki, uzun illərdi Taleh Bağırzadəyə dəstək verir. Əlbəttə ki, əsas maliyə səbəbidir. Bir vaxtlar Əli Kərimli Qənimət Zayidovu İrana boş verə göndərməmişdi.”
Niyaməddin Orduxanlının sözlərinə görə, Qasım Süleymaninin öldürülməsi isə sözsüz ki, regionda vəziyyəti daha da gərginləşdirəcək:” Biz bir partiya olaraq düşünürük ki, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan böyük müharibədən qaçmaq mümkün olsun. Müharibəni qəzəb və nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edirlər. Qarabağın "göz çıxardan" işğalını İran görməli və nəticə çıxarmalı idi. Güclə hesablaşmamaq odla oynamaq deməkdir. Buna görə də, soyuq düşüncənin zəfər çalacağına, İranın dövlət adamlarının daha realist olacaqlarına ümid edirik. Günahsız insanları ölümənə səbəb olacaq addımların atılması yolverilməzdir. Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin, o cümlədən, qonşu ölkə kimi Türkiyənin vasitəçiliyinə böyük ehtiyac var. Regionda müharibənin alovlanması Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki qonşu ölkə olmaqla yanaşı, İran həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də biz İranın inkişafını və tərəqqisini arzulayırıq. Müharibə itkilər və dağıntılar deməkdir ki, Azərbaycan türkləri də buna məruz qalacaqlar. Biz İran rəsmilərini böyük qarşıdurmadan yayınmaq üçün vəziyyəti gərginləşdirməməyə, heç bir şərt qoymadan ABŞ-la danışaqlara başlamağa çağırmışıq.Bizim partiyanın möveyi bu cür olub.”