Türkiyədə əməliyyat: 346 nəfər saxlanıldı
Dərc olunub:
Dünən, 12:05
Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan narkotik əməliyyatları çərçivəsində 346 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar çərçivəsində 83 min 625 ədəd narkotik vasitə hesab edilən həblər və 11 kiloqram müxtəlif formada narkotik maddələr müsadirə edilib.
