Rusiyada işçi çatışmazlığı - 11 milyon işçiyə ehtiyac var

Rusiya əmək bazarında yaranmış ciddi çatışmazlıq səbəbindən Hindistan, Şri-Lanka və digər Asiya ölkələrindən işçi cəlb etməyə çalışır.

“Bloomberg” xəbər verir ki, Ukraynadakı müharibənin təsiri və demoqrafik problemlər ölkədə son onilliklərin ən kəskin işçi qıtlığını yaradıb. Bu səbəbdən Rusiya əvvəllər əsasən Mərkəzi Asiyadan cəlb etdiyi miqrantların coğrafiyasını genişləndirərək daha çox əhali potensialına malik ölkələrə üz tutur.

Rəsmi qiymətləndirmələrə görə, ölkə iqtisadiyyatının onilliyin sonuna qədər təxminən 11 milyon əlavə işçiyə ehtiyacı olacaq.

Hazırda xarici işçilər əsasən tikinti, restoran, xidmət və digər sahələrdə mövcud vakansiyaları doldururlar. Asiya ölkələrindən gələn əmək miqrantlarının sayının artdığı və onlara uyğunlaşma məqsədilə rus dili kurslarının təşkil edildiyi də qeyd olunur.

Ekspertlər bildirirlər ki, əhalinin yaşlanması, aşağı doğum səviyyəsi və müharibənin təsirləri Rusiyanın əmək bazarındakı böhranın əsas səbəbləri sırasındadır və ölkə bu boşluğu doldurmaq üçün xarici işçi qüvvəsindən daha çox asılı vəziyyətə düşə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər