"Tehran üçün danışıqlar çox zaman vaxt qazanmaq üçündür"

Türkiyənin vasitəçiliyi ilə ABŞ və İran arasında qeyri-rəsmi danışıqların davam etdiyi artıq gizli deyil. Hətta bu həftə rəsmi danışıqların başlaması ehtimalı da müzakirə olunur. Lakin reallıq budur ki, İran Rusiya kimi etibarlı və verdiyi sözə sadiq dövlət deyil.

Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, bu səbəbdən danışıqlardan ciddi və uzunmüddətli nəticə gözləmək sadəlövhlük olardı.
Tehran üçün danışıqlar çox zaman vaxt qazanmaq vasitəsidir:

"Buna baxmayaraq, Türkiyənin bu prosesdə əsas rolu nəticə əldə etmək yox, münaqişənin genişlənməsinin qarşısını almaqdır. Ankara regionda müharibənin hansı fəsadlara yol açacağını hamıdan yaxşı anlayır.
ABŞ üçün də əsas risk uzunmüddətli və nəzarətdən çıxan qarşıdurmadır.

Türkiyənin diplomatik səyləri mümkün hərbi əməliyyatların miqyasını və müddətini məhdudlaşdıra bilər. Əgər əməliyyatlar maksimum qısa müddətdə başa çatarsa, bu, Türkiyənin ən böyük strateji töhfəsi sayılacaq. İranda mövcud rejimin dəyişməsi artıq ehtimal yox, müzakirə mövzusuna çevrilib.
Bu dəyişiklik prosesinin içindən çıxacaq fiqurlardan biri kimi Pezeşkiyanın adı çəkilir.

İran cəmiyyətində dəyişiklik tələbi xarici təzyiqdən daha güclü faktora çevrilib. Qarşıdakı həftə bölgədə siyasi və hərbi temperaturun daha da yüksələcəyi gözlənilir.
Belə bir mərhələdə Türkiyənin əsas missiyası müharibəni idarəolunan çərçivədə saxlamaqdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər