Ukrayna və Azərbaycan: bərpa və inkişaf sahəsində tərəfdaşlıq

Ukrayna və Azərbaycan: bərpa və inkişaf sahəsində tərəfdaşlıqUkraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə işgüzar görüş keçirib.

Görüş zamanı tərəflər şəhərsalma və Ukraynanın bərpası sahəsində Ukrayna–Azərbaycan əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

BMT-nin UN-HABITAT proqramının himayəsi altında keçiriləcək və 2026-cı ilin may ayında Bakıda baş tutacaq 13-cü Ümumdünya Urbanistik Forumu (WUF13) ilə bağlı hazırlıq və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Xüsusi diqqət birgə infrastruktur və humanitar layihələrin həyata keçirilməsi perspektivlərinə, o cümlədən İrpin şəhərində sosial obyektlərin tikintisinə yönəldilib.

Ukraynanın Səfiri Yuriy Husyev Azərbaycan Respublikasına Ukraynaya göstərdiyi ardıcıl dəstəyə və praktiki yardıma, xüsusilə İrpin şəhərinin bərpası layihələrinə və Ukraynanın enerji sisteminin bərpası üçün enerji avadanlıqlarının təchizatına görə səmimi minnətdarlığını ifadə edib.

Görüşün yekununda əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə gələcək birgə addımlar barədə razılıq əldə olunub.

Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər