"Rusiya xaricdən daha çox ballistik raket alacaq"

"Rusiya xaricdən daha çox ballistik raket alacaq"Rusiya xaricdən daha çox ballistik raket alacaq.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, rəsmi Moskva bunun üçün səylərini gücləndirə bilər: "Çünki bu raketlər Ukraynadakı hədəfləri daha effektiv vurur. Rusiya qüvvələri Ukraynanın cəbhə xəttinə daha yaxın şəhərlərinə zərbələr endirmək üçün müntəzəm olaraq qısa mənzilli ballistik raketlərdən istifadə edir və onlar effektiv formada Ukraynanın hava hücumundan müdafiə vasitələrindən yayınır".

Amerikalı analitiklərin fikrincə, Ukrayna hava hücumundan müdafiə sistemləri Rusiyanın daha çox qanadlı raketini zərərsizləşdirə bilir, nəinki ballistik raketləri: "Ukrayna hava hücumundan müdafiə vasitələri 29 dekabr 2023-cü il tarixindən etibarən intensivləşdirilmiş hücumlarda Rusiyanın 166 qanadlı raketindən 149-nu məhv edib. Amma həmin müddət ərzində Rusiyanın atdığı cəmi bir neçə ballistik raket zərərsizləşdirilib. Rusiyanın müdafiə sənayesi bazası, çox güman ki, Ukraynada davamlı zərbə kampaniyası üçün tələb olunan miqyasda ballistik raketlər istehsal edə bilməz".

Xatırladaq ki, Rusiya və Ukrayna son günlər müntəzəm olaraq bir-birilərinin ərazilərinə raket hücumu həyata keçirir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Prezident əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər