İranın nüvə danışıqlarındakı şərti... - Abdullahian
Dərc olunub:
27-12-2021, 16:24
Bizim üçün ən vacib məsələ ilk növbədə İran neftinin maneəsiz satışı və onun pullarının xarici valyutada İran bank hesablarına yatırılmasıdır.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.
“Bundan əlavə, bütün kommersiya imkanlarından yararlanmalıyıq”, - deyə Abdullahian bildirib.
Onun sözlərinə görə, ABŞ-ın zəmanət verməsi və sanksiyaların aradan qaldırılması da gündəmdə olacaq:
“Düşünürəm ki, müzakirə masasında ümumi və məqbul bir qanun layihəsi var".