Sizin Reklam Burada

Saakaşvili penitensiar tibb müəssisəsinə köçürüldükdə döyülüb

Saakaşvili penitensiar tibb müəssisəsinə köçürüldükdə döyülübGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub: “Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuna bir neçə zərbə endirdilər. Saçından tutaraq sürüdülər”.

Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edib, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir: "O, öz həkimi ilə görüşməyi tələb edir. Hansısa iynəni necə vuracağını görəndə tibbi avadanlıqları zədələyib. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edir və şəxsi həkimi ilə görüş tələb edir. Eks-prezident bildirir ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki məhv edilməsidir".

Qeyd edək ki, sabiq prezidenti penitensiar tibb müəssisəsində Gürcüstanın Ombudsmanı Nino Lomjaria ziyarət edib.

Xatırladaq ki, ötən gün Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib. Bazar ertəsi axşam Azadlıq meydanına toplaşan nümayişçilər daha sonra yaxınlıqdakı Hökumət Evinin qarşısına istiqamət alıblar.

Hazırda Hökumət Evinin ətrafında vəziyyətin sabit olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər