Sizin Reklam Burada

Ermənistanın müharibə itkilərinin sayı 5 300 nəfəri ötdü

Ermənistanın müharibə itkilərinin sayı 5 300 nəfəri ötdü2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.

Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər