Sizin Reklam Burada

"Rusiya heç kimə öz planlarını açmır"

"Rusiya heç kimə öz planlarını açmır"4 ildən - Qarabağdakı rus sülhməramlılar çıxandan sonra münaqişənin həlli necə olacaq, bilmirəm.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib.

“Mən heç nə bilmirəm. Bilmək üçün rusların proqramını başa düşməliyəm. Əliyev, Azərbaycan nə istəyir, biz bunu bilirik. Amma mən Rusiyanın planlarını bilmirəm. Rusiya heç kimə öz planlarını açmır”, - Petrosyan bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu gün Ermənistanda bir həmsöhbəti var, o da hökumət başçısıdır:

“Ruslar heç kimə heç nə demir. Ermənistana görə məsuliyyəti Paşinyan daşıyır və sözlərini ona da deyirlər. Əminəm ki, Rusiya Paşinyana Ermənistanda, Qarabağda və regionda nə etmək istədiyini izah etməkdə çox səmimidir. Amma Paşinyan anlamır ki, ruslar ona nə deyir”.

Keçmiş prezident qeyd edib ki, mümkün ssenarilər arasında yeni müharibə də var. Amma Türkiyənin “ovqatı”nı bilmək vacibdir.

Petrosyan Moskvanın Zaqafqaziya ilə bağlı ciddi planları olduğunu da vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər