Sizin Reklam Burada

"Hakimiyyətin gücü yenidən zəifləyib"

"Hakimiyyətin gücü yenidən zəifləyib"Dmanisidə baş verənlər bir sıra səbəblərin nəticəsidir. Buna bənzər bir şeyin baş verməsini bir neçə il əvvəl təsəvvür etmək mümkün deyildi.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü ekspert, politoloq Gela Vasadze Gürcüstanın Dmanisi rayonunda svanların azərbaycanlılara hücum etməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu, dövlətin və hüquq-mühafizə orqanlarının zəifləməsinin bariz göstəricisidir:

“Cinayətə meyilli insanlar cəzasız qaldıqlarını, hakimiyyətin günahkarları ciddi şəkildə cəzalandırmayacağını bilirlər. Qarşıda hökumətin öz taleyini təyin edəcək seçkilər var. Ancaq hər şeyi yalnız bununla əlaqələndirmək yanlış olardı”.

Vasadzenin fikrincə, svanların yerli əhali ilə inteqrasiyası üçün xüsusi proqrama ehtiyac var:

“Ekoloji miqrantların Svanetidən şərqi Gürcüstana köçürülməsi prosesi kommunistlər dövründə, 1980-ci illərdə başladı. Və o zaman da yerli əhali ilə ciddi problemlər yarandı.

Başa düşmək lazımdır ki, svanlar dağlıdırlar, doğma mühitlərindən ayrı düşüblər, hər yerdə özlərini düşmən bir mühitdə hiss edirdilər. Və sonra Sovet hakimiyyəti dağıldı. Hakimiyyət və güc olmayan yerdə quldurluq və özbaşınalıq meydana gəlir. Saakaşvilinin dövründə işləri çox sərt metodlarla yoluna qoydular. Ancaq bu səbəbdən vətəndaşlar səlahiyyətlilərə nifrət etməyə başladı. İndi hakimiyyətin gücü yenidən zəifləyib, nəticə göz qabağındadır.

Qanunun aliliyi ilə güc və nəzarəti gücləndirmək lazımdır. Ancaq bu kifayət deyil. 30-40 ildir orada yaşayan eko-miqrantların (svanların) yerli əhali ilə inteqrasiyası üçün xüsusi bir proqrama ehtiyacımız var. Bu, uzun, əziyyətli bir işdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər