Sizin Reklam Burada

Gürcüstanda 12 günlük tətil başladı

Gürcüstanda 12 günlük tətil başladıBu gündən Gürcüstanda koronavirus pandemiyası səbəbindən yanvarın 15-dək tətil günləri elan olunub.

Avrasiya.net xəbər verir ki, 12 gün ərzində banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla bütün dövlət və özəl müəssisələr işləməyəcək.

Bununla yanaşı, yeni il öncəsi fəaliyyətinə icazə verilən ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yenidən bağlanıb.

Tətil dövründə iri şəhərlərdə yalnız ərzaq mağazaları, apteklər, məişət kimyası və gigiyena vasitəri, ev heyvanları üçün yem mağazaları və qəzet köşkləri açıq olacaq. Çatdırılma xidməti, gözəllik salonları, avtoservis, məişət texnikasının təmiri mərkəzləri fəaliyyətlərini davam etdirəcək.

Yanvarın 16-dan 31-dək bazar günləri istisna olmaqla Gürcüstanda şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilir. Müvafiq qərarlar ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək (report).

Qeyd edək ki, bu günədək Gürcüstanda 228 752 nəfər koronavirusa yoluxub, onlardan 2572 nəfəri vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər