Sizin Reklam Burada

Ermənistanda hərbi qulluqçuların valideynləri Paşinyana 2 gün vaxt verdilər

Ermənistanda hərbi qulluqçuların valideynləri Paşinyana 2 gün vaxt verdilərErmənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.

"Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın (hərbçilərin -red) dalınca yola düşəcəyik.

Hər şey ona aparır ki, biz uşaqların sağ olmasına minnətdar olaq. Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.

Digər valideyn qeyd edib ki, onlar övladlarının Ermənistandakı hərbi hissəyə köçürülməsini tələb edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər